Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ Çinin ən böyük özəl neft emalı zavodunu sanksiya siyahısına salıb

ABŞ Çinin ən böyük özəl neft emalı zavodunu sanksiya siyahısına salıb

27.04.2026 [22:39]

ABŞ-nin Maliyyə Nazirliyi Çinin ən böyük özəl neft emalı zavodlarından biri olan “Hengli Petrochemical (Dalian) Refinery Co.”nu sanksiya siyahısına əlavə edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sanksiya qərarından sonra şirkətin səhmləri 10 faiz ucuzlaşıb və Asiyada ən azı iki əsas neft-kimya müştərisinin sifarişlərini ləğv etdiyi bildirilir.

Şirkət əməliyyatlarını davam etdirmək üçün 3 aydan çox xam neft ehtiyatına sahib olduğunu açıqlayıb. Gələcək satışların ABŞ dolları əvəzinə Çin yuanı ilə əvəz olunacağı da bildirilib.

Qeyd edək ki, gündəlik 400 min barel xam neft emalı gücünə malik olan zavod Çinin ən müasir inteqrasiya olunmuş müəssisələrindən biridir, Şərqi Asiyada tekstil və sintetik lif istehsalçıları üçün həyati əhəmiyyət kəsb edir. Şirkət “Saudi Aramco”nun əsas müştərisidir və saf tereftal turşusunun (PTA) dünyanın ən böyük təchizatçılarından biridir.

Paylaş:
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31