Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ölkəmizdə idmana və idmançılara yüksək dəyər verilir və Laiqli qayğı göstərilir

Ölkəmizdə idmana və idmançılara yüksək dəyər verilir və Laiqli qayğı göstərilir

01.05.2026 [12:37]

Əmir Babayev

YAP Şərur rayon təşkilatının sədri 

Bildiyiniz kimi Azərbaycanda idmanının ümumi inkişafına nəzər saldıqda, bu sahədə əldə olunan nailiyyətlərin təsadüfi deyil, məqsədyönlü və ardıcıl siyasətin nəticəsi olduğu aydın görünür. Son illərdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, bu sahəyə göstərilən diqqət və qayğı öz müsbət nəticələrini vermişdir. İdman infrastrukturunun müasirləşdirilməsi, yeni idman qurğularının tikilməsi və mövcud komplekslərin yenidən qurulması ölkədə idmanın kütləviləşməsinə geniş imkanlar açmışdır.

Bizim Regionlarda inşa edilən olimpiya idman kompleksləri gənclərin idmana cəlb olunmasında mühüm rol oynayır. Bu komplekslər yalnız peşəkar idmançıların yetişdirilməsi üçün deyil, həm də əhalinin sağlam həyat tərzinə təşviqi baxımından əhəmiyyətlidir. Məktəblərdə və ali təhsil müəssisələrində idmana olan marağın artırılması, müxtəlif idman növləri üzrə yarışların təşkili gənc nəslin fiziki və mənəvi inkişafına müsbət təsir göstərir.

Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar isə xüsusi qeyd olunmalıdır. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında əldə edilən medallar ölkəmizin idman sahəsindəki potensialını nümayiş etdirir. Bu nailiyyətlər təkcə idmançıların zəhmətinin deyil, həm də dövlətin bu sahəyə verdiyi dəstəyin bariz göstəricisidir.

Eyni zamanda, ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi də idmanın inkişafına böyük təkan verir. Bu cür mötəbər tədbirlər Azərbaycanın dünyada tanınmasına, idman turizminin inkişafına və yerli idmançıların təcrübə qazanmasına şərait yaradır.

Kadr hazırlığı məsələsi də diqqət mərkəzində saxlanılır. Peşəkar məşqçilərin hazırlanması, idman məktəblərinin fəaliyyətinin genişləndirilməsi və gənc istedadların üzə çıxarılması üçün sistemli iş aparılır. Bu isə gələcəkdə daha böyük uğurların əldə olunmasına zəmin yaradır.

Ümumilikdə, Azərbaycan idmanının inkişafı dinamik və davamlı xarakter daşıyır. Bu inkişaf yalnız idman nəticələri ilə ölçülmür, eyni zamanda cəmiyyətin sağlamlığının qorunmasına, gənclərin düzgün tərbiyəsinə və ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Mövcud uğurlar və görülən işlər göstərir ki, Azərbaycan idmanı gələcəkdə daha böyük zirvələr fəth etmək potensialına malikdir.iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yeni texnologiyalar, yaşıl enerji və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində böyük potensiala malikdir.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31