“Google” Floridada 32 milyon qeyri-adi ağcaqanad buraxmaq istəyir
02.06.2026 [19:59]
“Google” ictimai səhiyyə sahəsində ən iddialı layihələrindən birini həyata keçirməyə hazırlaşır. Şirkət ağcaqanadların köməyi ilə təhlükəli xəstəliklər daşıyan digər ağcaqanadlarla mübarizə aparmağı planlaşdırır.
Layihənin sınaq poliqonları ABŞ-ın Kaliforniya və Florida ştatları olacaq. Hazırda texnologiya nəhəngi bunun üçün ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyindən xüsusi icazə almağa çalışır.
Təşəbbüs “Google”a məxsus “Alphabet” holdinqinin tərkibinə daxil olan “Verily” şirkəti tərəfindən irəli sürülür. Layihə təsdiqlənərsə, şirkət təbiətə xüsusi şəkildə modifikasiya olunmuş 32 milyon ağcaqanad buraxacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu ağcaqanadlar Sent-Luis ensefaliti, denqe, Zika, çikunqunya və sarı qızdırma da daxil olmaqla təhlükəli xəstəliklər yayan ağcaqanadların məhv edilməsinə kömək edə bilər.
Tədqiqatçılar yalnız volbaxiya bakteriyası ilə yoluxdurulmuş erkək ağcaqanadları buraxmağı planlaşdırırlar. Bu ağcaqanadlar insanı sancmır, çünki insanı yalnız dişi ağcaqanadlar sancır.
Yoluxdurulmuş erkəklər Culex növünə aid dişi ağcaqanadlarla cütləşəcək. Tədqiqatçılar hesab edirlər ki, bu cütləşmədən yaranan nəsil sağ qalmayacaq və nəticədə həmin ağcaqanadların populyasiyasını qısa müddətdə azaltmaq mümkün olacaq.
“Google” ağcaqanadların yetişdirilməsi, çeşidlənməsi və təbiətə buraxılması üçün süni intellektdən və robotlaşdırılmış sistemlərdən istifadə etməyi planlaşdırır. Şirkətdə hesab edirlər ki, bu, strategiyanın daha səmərəli həyata keçirilməsinə imkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

