Tədqiqat: Manqrov meşələri bərpa olunur
06.06.2026 [20:35]
Alimlər müəyyən ediblər ki, milyonlarla insanı fırtınalardan qoruyan və böyük həcmdə istixana qazlarını udan dünyanın sahilyanı manqrov meşələri gözlənilmədən bərpa olunmağa başlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, onilliklər ərzində balıqçılıq təsərrüfatlarının yaradılması və yaşayış məntəqələrinin salınması üçün ağacların kəsilməsi nəticəsində bu bataqlıq sahələrinin həcmi sürətlə azalırdı.
Lakin yeni tədqiqat göstərir ki, 2010-cu ildən bəri dünyada manqrov meşələrinin sahəsində artım itkiləri üstələyir. Buna hüquqi-mühafizə tədbirlərinin gücləndirilməsi və 2004-cü ildə Hind okeanında baş vermiş sunami kimi fəlakətlərdən sonra cəmiyyətdə bu meşələrin əhəmiyyəti barədə məlumatlılığın yüksəlməsi səbəb olub.
Tədqiqatçılar qeyd edirlər ki, buna baxmayaraq, həlledici amil bu meşələrin təbii şəkildə bərpa olunmaq qabiliyyətidir. İnsanlar onları qırmağı dayandıran kimi manqrovlar yenidən inkişaf etməyə başlayır.
Manqrov meşələri ətraf mühitin qorunmasında rolu çox vaxt lazımınca qiymətləndirilməyən təbii müdafiə vasitələrindən biridir. Onlar quru meşələri ilə müqayisədə beş dəfə çox karbon qazı udmaqla yanaşı, bir-birinə dolaşmış kökləri sayəsində dalğaların qarşısını almağa, sahilyanı yaşayış məntəqələrini fırtına qabarmalarından və sunamilərdən qorumağa qadirdir. Həmin köklər eyni zamanda bir çox balıq növü və digər dəniz canlıları üçün ideal çoxalma mühiti yaradır, onları yırtıcılardan qoruyur və bol qida ilə təmin edir.
Lakin son yüz il ərzində bu üstünlüklər ciddi təhlükə ilə üzləşib. Balıqçılığın, kənd təsərrüfatının inkişafı, həmçinin sahilyanı şəhər və qəsəbələrin genişlənməsi nəticəsində manqrov meşələri qırılıb və sürətlə məhv edilib.
Bununla belə, yeni tədqiqat göstərir ki, xüsusilə son on ildə bu tendensiyada real dönüş baş verib. Ümumi xalis itkilərin həcmi, yəni məhv edilmiş və sonradan bərpa olunmamış meşə sahələri 1980-ci illərlə müqayisədə hazırda təxminən 849 kvadratkilometrə enib.
Meşələrin bərpası istiqamətində uzun illər görülən işlər deqradasiyaya uğramış meşə massivlərinin yenidən canlanmasına kömək edib. Lakin əsas dəyişiklik dünyanın bir çox bölgəsində ağac kəsiminin azalmasından sonra manqrov meşələrinin təbii şəkildə yayılması hesabına baş verib.
Bu, manqrov meşələrinin ən geniş yayıldığı iki ölkədə – İndoneziyada meşə sahələrinin sabitləşməsinə, Myanmada isə artmasına imkan verib.
Yeni tədqiqatda bitki örtüyündə baş verən dəyişiklikləri daha dəqiq izləməyə imkan verən Landsat peyklərinin məlumatlarından istifadə olunub. Bunun sayəsində alimlər əvvəlki qiymətləndirmələrin göstərdiyindən daha çox yeni manqrov sahəsi aşkar ediblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35

