“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
08.06.2026 [15:42]
İyunun 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsi başa çatıb.
Göygöl rayonunda yerləşən Yaylaq düşərgəsində keçirilən layihənin bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Mərkəzi Aparatının Təşkilat və Gender siyasəti və gənclərlə iş şöbələrinin baş məsləhətçiləri Araz Salmanov və Günel Məmmədova çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, onların təhsilinə, şəxsi inkişafına və ictimai fəallığının artırılmasına yönəlmiş ardıcıl siyasət bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyası da bu siyasətə uyğun olaraq gənclərin bilik və bacarıqlarının artırılması, vətənpərvər ruhda yetişməsi və cəmiyyət həyatında daha fəal iştirak etməsi üçün müxtəlif layihələr həyata keçirməkdədir. “Heydər Əliyev məktəbi” layihəsi də həmin məqsədlərə xidmət edən mühüm layihələrdən biridir.
Vurğulanıb ki, layihə əsas məqsədlərindən biri də ölkəmizin müxtəlif şəhər və rayonlarından olan gənclər arasında əlaqələrin daha da gücləndirilməsi olub. Layihə çərçivəsində keçirilən tədbirlər gənclərin komanda işi, ünsiyyət və təşkilatçılıq bacarıqlarının inkişafına mühüm töhfə verib. Bu cür təşəbbüslər gənclərin inkişafında, onların cəmiyyət həyatında daha fəal iştirakının təmin edilməsində və milli-mənəvi dəyərlərə bağlı, savadlı gənc nəslin formalaşmasında mühüm rol oynayır.
Layihə iştirakçıları Nazpəri Rzayeva, Zəka Məhərrəmov, Nuranə Mirzəyeva, Əliheydər Abdullayev və başqaları düşərgə barədə təəssüratlarını bölüşüblər.
Daha sonra “Heydər Əliyev məktəbi” layihəsinin iştirakçılarına sertifikatlar, intellektual yarışlarda qələbə qazanan komandalara xatirə kubokları verilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

