Beş ayda 16,3 milyard manat
09.06.2026 [09:55]
Büdcədə 2,5 milyard manatdan çox profisit yaranıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib, büdcənin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265 milyon manat və ya 1,6 faiz üstələyib. Büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 milyard 825,3 milyon manat təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1,7 faiz çoxdur. Vergi daxilolmalarının 6 milyard 187,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,25 faiz, proqnozdan isə 1,8 faiz çoxdur.
Vergi daxilolmalarının artımında biznesin və sahibkarlıq subyektlərinin sayının artımı da mühüm rol oynayıb. Mayın 1-nə olan dövrə qədər ölkə üzrə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 877. 368, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,5 faiz artaraq 60,431 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin sayı 3,3 faiz artıb və 240,528 olub.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar isə 2 milyard 534 milyon manat, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edib. Büdcəyə sair daxilolmalar 352,4 milyon manat təşkil edib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil edərək proqnoza qarşı 72,8 faiz icra olunub. Dövlət Neft Fondundan transfert isə 5 milyard 350 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
İcmal büdcənin gəlirləri 20 milyarda yaxınlaşıb
Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 milyard 852,7 milyon manat proqnoza qarşı 13 milyard 375,2 milyon manat məbləğində icra edilib. Ümumilikdə, xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri isə 15 milyard 611,5 milyon manat məbləğində icra edilib.
Yanvar-may aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində vəsait geri qaytarılıb.
Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.
Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində təsdiq edilib. İcmal büdcənin gəlirləri isə 44 milyard 969,4 milyon manat, xərcləri 48 milyard 839,3 milyon manat müəyyən olunub. Büdcə zərfində müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üçün 8,7 milyard manat həcmində vəsait nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Əhalinin sosial rifahı üçün büdcədən 2026-cı ildə 17,1 milyard xərclənməsi təsdiqlənib.
Sosial sığorta daxilolmaları 2,8 milyard manatı üstələyib
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 806,8 milyon manata yaxın olub, proqnozdan əlavə 159,1 milyon manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 877,7 milyon manatdan çox olub. Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 100,2 milyon manat olub, proqnozdan əlavə 4,5 milyon manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 77,7 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 426,1 milyon manatdan çox olub, proqnozdan əlavə 11 milyon manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 284,7 milyon manatı ötüb. Yeri gəlmişkən, yanvar - may ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 87 milyon 305,8 min manat olub. Xarici vətəndaşlar tərəfindən ölkə ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 3 milyon 434 min manat təşkil edib.
Beləliklə, 2026-cı ilin 5 ayının fiskal və maliyyə göstəriciləri onu əsaslandırır ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası dayanıqlı olmaqla, makroiqtisadi sabitliyi və fiskal yığımları təmin etməkdədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

