Yelisey Sarayına gedən yolda...
10.06.2026 [09:18]
Fransada 2027-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hələ xeyli müddət qalsa da, artıq iqtidar komandası da daxil olmaqla iddialı siyasi qüvvələr fəallaşıblar. Əslində, hazırkı prezident E.Makronun rəhbərlik etdiyi mərkəzçi-liberal blokdan, son vaxtlarda nüfuzu əhəmiyyətli dərəcədə artan ifrat sağçı və ifrat solçü düşərgələrdən gələn siqnallar onu deməyə əsas verir ki, reallıqda ölkədə seçki hazırlıqlarına start verilib və potensial namizədlər Yelisey Sarayına gedən yola çıxıblar.
Onlar üçün marafonun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Ancaq izlənilən siyasi proseslərə istinadən marafonda rəqabətin əsasən hansı qüvvələr arasında gedəcəyi barədə müəyyən ehtimallar irəli sürmək mümkündür. Həmçinin o da aydındır ki, ölkədə Makronun hakimiyyətdə olduğu dönəmdə pisləşən sosial-iqtisadi durum, maliyyə çətinlikləri, yaşanan hökumət böhranları və.s amillər seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək.
Makron üçün yolun sonu
Bəri başdan bir məsələ aydındır ki, 2027-ci il seçkiləri hazırkı prezident E.Makron üçün yolun sonu olacaq. Özünün bildirdiyi kimi, əvvəllər siyasətlə məşğul olmayan E.Makronun Yelisey Sarayına yolu 2017-ci il seçkilərindən başlayıb. O. həmin seçkilərdə “İrəli” partiyasının rəhbəri olaraq qalib gəlib və mayın 8-də ikinci Dünya müharibəsinin başa çatması günü kimi qeyd olunan xatirə mərasimində əvvəlki prezident Fransua Ollandla birlikdə iştirak edib. Bu, onun üçün qatıldığı ilk rəsmi tədbir idi. 2017-ci il mayın 14-də isə Yelisey Sarayını təhvil alma mərasimi baş tutub. Bundan sonra Makron ölkəsində 2022-ci ildə keçirilən prezzident seçkilərinin də qalibi olub.
E.Makron artıq 2027-ci il seçkilərinə qatılmayacağını bəyan edib. O bununla bağlı mövqeyini Yeni il müraciətində rəsmən açıqlayıb. Bildirib ki, vətəndaşların ona verdiyi mandatın tələblərinə uyğun olaraq 2027-ci ilə qədər - səlahiyyət müddətinin sonuna kimi - vəzifəsində qalacaq. “Fransa xalqının mənə etibar etdiyi mandat çərçivəsində hər gün - son saniyəyədək işləməyə davam edəcəyəm” - deyə prezident vurğulayıb. Makronun sözlərinə görə, 2026-cı ilin sonlarında növbəti prezident seçkilərinə hazırlıq prosesi başlayacaq və bu, son on ildə onun iştirak etmədiyi ilk seçki kampaniyası olacaq.
Qeyd edək ki, Makronun Yelisey Sarayını tərk etmək qərarı onun şəxsi iradəsinə bağlı olan bir məsələ deyil. Bu, ilk növbədə qanunvericiliyin tələbidir. Fransa Konstitusiyasına görə, bir şəxs iki müddətdən artıq prezident postunda qala bilməz.
Bəs Makronun 2027-ci il seçkilərindən sonra siyasi taleyi necə olacaq? İndiyədək bununla bağlı müxtəlif mülahizələr irəli sürülüb. Xüsusilə də onun Avropa İttifaqı (Aİ) qurumlarında yüksək posta keçəcəyi dövriyyəyə buraxılan iddialar sırasındadır. Lakin hələlik bununla bağlı konkret bir hərəkətlilik müşahidə olnmur. Makronun özü isə 2027-ci ildə ikinci prezidentlik müddətinin başa çatmasından sonra siyasi fəaliyyətini davam etdirməyəcəyini bəyan edib.
Dövlət başçısı bu açıqlaması ilə gələcək siyasi ambisiyalarına qapını arxadan bağlayıb. Kiprdə tələbələrlə görüş zamanı çıxış edən Makron vurğulayıb: “Mən siyasətlə əvvəllər məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam”. Bununla da o, prezidentlikdən sonra ictimai-siyasi səhnədən çəkilmək niyyətini açıq şəkildə ortaya qoyub. 2027-ci il prezident seçkiləri ilə bağlı ilkin müzakirələrin başladığı bir vaxtda Makronun bu mövqeyi Fransa siyasətində gələcək qüvvələr balansı və yeni liderlərin ortaya çıxması baxımından mühüm siqnal kimi qiymətləndirilir.
Qabriel Attal liberal-mərkəzçi xəttin davamçısı ola biləcəkmi?
Makronun gedişi ilə mərkəzçi-liberalların Fransanın siyasi səhnəsindən tamam çəkiləcəklərini düşünmək sadəlövhlük olardı. Makron və onun komandası heç də bəhs olunan kəsimin siyasi perspektivinə biganə deyil. Sadəcə, elə ssenarilər hazırlanır ki, iqtidar mənsublarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə gələcək seçkiləri udmaq üçün zəmin formalaşdırmaları əsla diqqət çəkməsin. Yəni iqtidar bir tərəfdən seçki prosesinin təbii axarı ilə getməsinə qarışmamaq görüntüsü yaradır, digər tərəfdən isə seçki texnologiyasını dəyişməklə siyasi varisliyin təmin edilməsi qayğısına qalır. Keçmiş baş nazir Qabriel Attalın prezidentliyə namizədliyini irəli sürməsi məhz mərkəzçi-liberalların seçki prosesinə qarışıq texnologiyadan iistifdə etməklə hazırlaşdıqlarını ortaya qoyur. Mərkəzçi-liberal qrupun təmsilçisi olan Qabeiel Attalın namizədliyini Parisdə deyil Aveyron bölgəsində elan etməsi diqqət çəkir. Paris Fransanın yalnız inzibati paytaxtı deyil, həm sə siyasi mərkəzidir. Bəs onda ciddi siyasi fiqur olan keçmiş baş nazir niyə siyasi karyerasının dönüşünü paytaxtdan deyil, əyalətdən başlayır? Bunu ənənələri olan Fransa siyasətində nəbz tutmaq anlamında dəyərləndirmək mümkündür. Bütövlükdə Fransa cəmiyyəti ənənələrə bağlı olsa da, yeniliklərə daha çox açıqdır. Fransızlar hər sahədə novatorluğu, başqalarının təkrarlamadığı cəhətləri yüksək dəyərləndirirlər. Bu baxımdan mərkəzçi-liberalların seçki marafonuna əyalətdən start vermələrinin cəlbediciliyi real dəyərləndirlir.
Burada əsas amil isə, heç şübhəsiz ki, son illərdə Fransada siyasi ab-havanın müəyyənləşməsində əyalətlərdə baş verənlərin müstəsna rol oynaması ilə bağlıdır. Bir müddətdir ki, Fransanın zəngin inqilablar tarixinə “Fermerlər üsyanı” və yaxud onun bir qolu kimi bütün Avropada məşhurlaşan və ayrı-ayrı qonşu ölkələrdə də təkrarlanan “Peyin inqilabı” da daxil olub. Zamanında fransızlar dünyaya inqilab yolu ilə rejimi dəyişmək nümunəsi təqdim edib. İndiki mərhələdə tarixin təkrarlandığını iddia etmək mümkün deyil. Ancaq görünür mərkəzçi-liberal blok “yumşaq keçid” inqilabı görüntüsü yaratmaqla cəmiyyəti Qabriel Attalın seçiciləcəyi təqdirdə ölkənin dəyişikliklərə açıq olacağına inandırmaq istəyir.
Yeri gəlmişkən, hazırkı mərhələdə gələcək prezident fəaliyyətində mütləq qaydada cəmiyyətdən gələn siqnalları nəzərə almalıdır. E.Makron bütün fəaliyyəti boyunca Avropada inteqrasiyanın daha da genişlənməsinin prioritetliyi mövqeyindən çıxış edib. Bu, Brüsseldə müsbət qarşılansa da, daxildə problemlərin dərinləşməsi, inflyasiyanın artması, ardıcıl hökumət böhranları, maliyyə sabitliyinin təmin olunması məqsədilə sosial xərclərin ixtisara salınması kimi gedişlər onun nüfuzuna ciddi xələl gətirirb. Gələcək prezident bu kimi xətaları təkrarlamamalıdır. Aİ maraqları ilə milli maraqların balanslaşdırlması ən ideal seçim olardı. Baş nazir olarkən hökumət böhranının həllinə nail olmayan Qabriel Attal prezident seçiləcəyi təqdirdə “qızıl ortanı” tapa biləcəkmi?
İfrat sağçıların və ifrat solçuların önə çıxmaları üçün münbit zəmin
İstənilən seçkilərin nəticələri böyük dərəcədə ölkədəki sosial-iqtisadi vəziyyətlə şərtlənir. Fransada iqtidar komandası seçki prosesinə hazırlıqlara ciddi sosial-iqtisadi təzyiqlər altında başlamaq məcburiyyətindədir. Ölkədə tənəzzül meylləri davamlı hal alıb. Bu günlərdə Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) ölkənin 2026-cı ilin birinci rübü üzrə iqtisadi artım göstəricisinin yenidən aşağı olduğunu bildirib. İqtisadiyyat naziri Rolan Lekür bu göstəricinin narahatlıq doğurduğunu etiraf edib. Nazir BFMTV telekanalına verdiyi müsahibədə iqtisadi artımın mənfi zonaya düşməsinin yaxşı xəbər olmadığını vurğulayıb.
Nazirin sözlərinə görə, bu geriləmə qismən bir sıra istisna amillərlə bağlıdır. O qeyd edib ki, qış mövsümünün mülayim keçməsi enerji istehlakının azalmasına səbəb olub. Bundan əlavə, “Airbus” şirkətinin ixrac həcmləri əvvəlki dövrlərlə müqayisədə aşağı olub və xüsusi büdcə qanununun təsirləri də iqtisadi aktivliyə mənfi təsir göstərib. Nazir xatırladıb ki, Fransanın dövlət büdcəsinin qəbul edilmədiyi dövrdə bir sıra ictimai siyasətlər müvəqqəti olaraq dayandırılmışdı. INSEE-nin açıqladığı rəqəmləri şərh edən Rolan Lekür bunu gələcək büdcə siyasəti üçün vacib dərs adlandırıb: “Bu nəticələrdən hamımız üçün çıxarılacaq bir nəticə var, xüsusilə də artıq 2027-ci ilin büdcəsinin hazırlanması barədə düşünməyə başladığımız bir vaxtda”.
Onun sözlərinə görə, xüsusi büdcə qanunlarına müraciət uzunmüddətli həll yolu hesab edilə bilməz: “Xüsusi qanun seçim deyil. Çünki bu mexanizm dövlət kreditlərinin və dəstək proqramlarının həyata keçirilməsinə mane olur və gördüyümüz kimi, iqtisadi fəaliyyətə konkret şəkildə mənfi təsir göstərə bilər”.
Həmçinin Fransada istehlak qiymətlərinin artımı may ayında da davam edib. INSEE-nin açıqladığı ilkin qiymətləndirməyə əsasən, ölkədə inflyasiya illik müqayisədə 2,4 faizə çatıb. Bu göstərici apreldə qeydə alınmış 2,2 faizdən yüksəkdir.
INSEE-nin məlumatına görə, inflyasiyanın sürətlənməsinin əsas səbəbi enerji qiymətlərindəki artım olub. May ayında enerji məhsullarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz yüksəlib. Apreldə bu göstərici 14,3 faiz təşkil edirdi. Artımda xüsusilə təbii qaz qiymətlərinin bahalaşması mühüm rol oynayıb. Hesabata əsasən, xidmət sektorunda qiymət artımı da sürətlənərək illik 2 faizə çatıb.
Sosial-iqtisadi siyasətdəki uğursuz nəticələr hakimiyyətin tənqidçiləri, xüsusilə də hazırda ölkədə yüksək reytinqə malik ifrat sağçıların və ifrat solçuların mövqelərini gücləndirir. Fransadan gələn məlumatlarda qeyd olunur ki, Marin Le Penin millətçi, immiqrasiya əleyhinə partiyası olan ifrat sağçı partiyanın namizədi Jordan Bardella uzun müddətdir 2027-ci il seçkilərində qalib gəlmək üçün favorit sayılır, Bununla yanaşı, ifrat solçu partiyanın lideri Jan-Lük Melanşonun kampaniyasına dəstək də artır. Son sorğular göstərir ki, onun artıq ikinci turda mübarizə aparmaq üçün böyük şansı var. Siyasi çevrələrdə Melanşonun ifrat sağşıların əsas rəqibi olacağı barədə ehtimallar böyükdür.
Seçki saxtakarlıqları təkrarlana bilərmi?
Bəs Brüssel niyə narahatdır?
İfrat sağşıların və ifrat solçuların mövqelərinin möhkəmlənməsi Yelisey Sarayında ciddi narahatlıq doğurur. Eyni zamanda proseslər Brüsseldə həssaslıqla izlənilir. İfrat cərəyanların təmsilçilərinin Fransada hakimiyyətə gəlmələri Aİ-nin planlarına daxil deyil. Bu. Brüssel-Paris əməkdaşlığının zəifləyəcəyi anlamında qəbul olunur. Çünki hər iki partiya Aİ və NATO ilə əməkdaşlığa birmənalı münasibət bəsləmir.
Buna görə də hazırda Yelisey Sarayında və Brüsseldə iki partiya arasında hansı yollarlasa nifaq ssenariləri üzərində işlənildiyi bildirlir. Bu gün Fransanın siyasi çevrələrində həmçinin mərkəzçi-liberalların seçki manipulyasiyalarına əl atmaq ehtimalları ətrafında da müzakirəlrər aparılır. Bununla bağlı narahatçılıqların baş qaldırması əbəs deyil. Ötən il E.Makronun təşəbbüsü ilə Milli Assambleyaya keçirlən seçkilərdə açıq-aşkar maxinasiyalara yol verildi. Belə ki, Avropa Parlamentinə (AP) və Milli Assambleyaya seçkilərin birinci mərhələsində böyük fərqlə uduzan mərkəzçi-liberallar sonradan əllərində olan hakimiyyət rıçaqlarından istifadə etməklə, o cümlədən də digər bloklarla separat sövdələşmələr aparmaqla sonrakı turda qüvvələr balansını nisbətən tarazlaşdırmağa nail oldular. Əgər son parlament seçkilərində bu saxta üsuldan istifadə olunubsa, kim təminat verə bilər ki, oxşar hadisələr gələcək prezident seçkilərində təkrarlanmayacaq?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

