Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələ: ortaq kökdən strateji əməkdaşlığa doğru
25.06.2026 [12:04]
Ortaq tarixi köklərdən güc alan qardaşlıq, qarşılıqlı etimad üzərində möhkəmlənən strateji tərəfdaşlıq və Türk dünyasının gələcəyinə hesablanmış ortaq baxış Azərbaycan–Türkmənistan münasibətlərini regionun ən dinamik və nümunəvi əməkdaşlıq modellərindən birinə çevirib. Son illərdə Bakı ilə Aşqabad arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlığın dərinləşməsi iki qardaş dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək strateji məzmununu daha da zənginləşdirib.
Azərbaycan və Türkmənistan arasında münasibətlərin bugünkü yüksək səviyyəyə çatması təsadüfi deyil. Müstəqillik illərində qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlara əsaslanan Azərbaycan–Türkmənistan münasibətləri möhkəm tarixi bağlar, zəngin mədəni irs və milli-mənəvi dəyərlər üzərində formalaşıb. Məhz bu amillər bu gün də çoxtərəfli əməkdaşlığın inkişafını şərtləndirən əsas hərəkətverici qüvvə kimi çıxış edir. İki qardaş dövlət arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının növbəti bariz təzahürü Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana həyata keçirdiyi dövlət səfəri zamanı bir daha öz təsdiqini tapdı. Səfər zamanı Prezident İlham Əliyevin xüsusi vurğuladığı məsələlərdən biri də Qarabağın bərpası və yenidən qurulması prosesində Türkmənistanın göstərdiyi qardaşlıq dəstəyi oldu. Dövlət başçısı çıxışında Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü ifadə edərək qeyd etdi ki, onun ötən il Azərbaycana səfəri zamanı təşəbbüsü ilə Füzuli şəhərində məscidin təməli qoyulub.
Bu addım təkcə humanitar layihə və ya memarlıq nümunəsi deyil. Bu, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinə qardaş Türkmənistanın mənəvi dəstəyinin, Türk dünyasında həmrəyliyin və milli-mənəvi dəyərlərə sadiqliyin təcəssümüdür. Füzulidə inşa olunan məscid eyni zamanda Azərbaycan və Türkmənistan xalqları arasındakı dostluğun, qardaşlığın və qarşılıqlı ehtiramın rəmzi kimi xüsusi önəm daşıyır. Qarabağın yenidən dirçəldilməsi və doğma sakinlərinə qovuşdurulması prosesi bu gün yalnız Azərbaycanın milli prioriteti deyil, həm də Türk dünyasının həmrəyliyini, qarşılıqlı dəstək ənənələrini və ortaq mənəvi dəyərlərini əks etdirən mühüm tarixi missiyadır. Füzulidə inşa olunan məscid isə tarixi köklərə və milli-mənəvi dəyərlərə söykənən Azərbaycan–Türkmənistan dostluğunun daha bir parlaq nümunəsi olmaqla yanaşı, gələcək nəsillərə qardaşlığın, qarşılıqlı dəstəyin və Türk birliyinin təcəssümü olan mənəvi körpü kimi miras qalacaq.
Azərbaycan–Türkmənistan münasibətlərinin dərinliyi təkcə yüksək səviyyəli siyasi dialoqda deyil, şəhərlərarası əməkdaşlıq müstəvisində də özünü aydın şəkildə göstərir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaş şəhərlər olması məhz bu yaxınlığın və qarşılıqlı etimadın real ifadəsidir. Bir tərəfdə işğalın izlərini sürətlə silərək yenidən doğulan Füzuli, digər tərəfdə isə müasir inkişaf konsepsiyası əsasında salınmış Arkadağ şəhəri dayanır. Bu şəhərləri yaxınlaşdıran amil təkcə rəsmi qərarlar deyil, ortaq tarixi yaddaşdan, eyni mədəni-mənəvi dəyərlərdən və gələcəyə yönəlmiş ortaq inkişaf düşüncəsindən doğan sarsılmaz bağlılıqdır. Müasir dövrdə Azərbaycan–Türkmənistan münasibətlərinin əsas hərəkətverici qüvvələrindən biri də ortaq geostrateji maraqlardır. Xəzər dənizinin iki sahilində yerləşən qardaş ölkələr enerji ehtiyatlarının səmərəli istifadəsi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və regional bağlantıların genişləndirilməsi istiqamətində bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edirlər.
Prezident İlham Əliyev Türkmənistan rəhbərliyinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsi məsələsində nümayiş etdirdiyi prinsipial mövqeyə görə təşəkkürünü bildirdi. Əslində, bu qərar təkcə diplomatik uğur deyil, Azərbaycanın Xəzərlə Mərkəzi Asiya arasında formalaşan yeni əməkdaşlıq arxitekturasında tutduğu yerin göstəricisidir. Bu reallıq ölkəmizin regionlar arasında əlaqələndirici körpü rolunun getdikcə daha aydın görünməyə başladığını ortaya qoyur. Səfərin siyasi baxımdan diqqətçəkən nəticələrindən biri Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən Birgə Bəyanatın imzalanması oldu. Bu sənəd tərəflərin əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirdiyini və əlaqələrin gələcək inkişafına dair qəti siyasi iradəsini ortaya qoyur. Eyni zamanda, sənəd regional proseslərə baxışda mövcud olan fikir yaxınlığını, müxtəlif istiqamətlər üzrə fəaliyyətin genişləndirilməsinə verilən önəmi və gələcəyə hesablanmış siyasi xətti əks etdirir.
Səfər çərçivəsində baş tutan daha bir əlamətdar hadisə də Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostluq” neftdaşıyan tankerinin Türkmənistana hədiyyə olunması mərasimi oldu. Azərbaycan gəmiqayırma sənayesinin real potensialını nümayiş etdirən bu addım, eyni zamanda, iki ölkə arasında iqtisadi əməkdaşlığın praktik nəticəsi olmaqla yanaşı, münasibətlərin yüksək etimad səviyyəsini də ortaya qoydu. Tanker Xəzərin iki sahilində yaşayan qardaş xalqları birləşdirən etimadın, ortaq maraqların və gələcəyə hesablanmış tərəfdaşlığın simvoluna çevrilib. Tankerin “Dostluq” adlandırılması isə prosesə əlavə simvolik məna verir. Bu ad Azərbaycan–Türkmənistan münasibətlərində son illər müşahidə olunan yaxınlaşma dinamikasını, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun özündə ən dolğun ifadəsini tapır.
Bu baxımdan, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri yalnız diplomatik protokol xarakterli tədbirlər silsiləsi ilə məhdudlaşmadı. Səfər zamanı verilən siyasi mesajlar, əldə olunan razılaşmalar və nümayiş etdirilən qardaşlıq münasibətləri Bakı ilə Aşqabad arasında əlaqələrin uzunmüddətli perspektivə hesablandığını bir daha təsdiqlədi. Son illərdə əldə olunan nəticələr göstərir ki, Azərbaycan–Türkmənistan əlaqələri artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq yalnız bugünün deyil, həm də regionun gələcək siyasi və geoiqtisadi mənzərəsini formalaşdıran mühüm amillərdən birinə çevrilməkdədir. Bu reallıq isə Bakı ilə Aşqabad arasında münasibətlərin təsadüfi yaxınlaşmadan deyil, strateji zərurət və qarşılıqlı maraqlardan qaynaqlandığını aydın şəkildə ortaya qoyur.
Ceyhun Ağazadə
YAP Biləsuvar rayon təşkilatının gənc fəalı
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

