Fransanın dövlət borcu 3,5 trilyon avronu ötüb
25.06.2026 [19:50]
Fransanın dövlət borcu 2026-cı ilin birinci rübünün sonunda rekord həddə çataraq 3,536 trilyon avro təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (Insee) məlumat yayıb.
Rəsmi göstəricilərə əsasən, dövlət borcu hazırda ölkənin ümumi daxili məhsulunun (ÜDM) 117,5 faizinə bərabərdir. Bu, COVID-19 pandemiyası dövründə qeydə alınan tarixi rekord səviyyəyə çox yaxındır və Avropa İttifaqında yalnız Yunanıstan və İtaliya daha yüksək borclanma göstəricilərinə malikdir.
Təkcə son üç ay ərzində Fransanın dövlət borcu 75,6 milyard avro artıb. Mütəxəssislər bildirirlər ki, uzun illərdir dövlət xərclərinin gəlirləri üstələməsi borcun davamlı şəkildə yüksəlməsinə səbəb olub. Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri faiz dərəcələrinin artmasıdır. Hazırda Fransa dövlət istiqrazları üzrə 10 illik faiz dərəcəsi 3,7 faizə yüksəlib. Nəticədə dövlətin borca xidmət xərcləri sürətlə artır. Bu xərclərin 2026-cı ildə təxminən 59 milyard avroya, 2028-ci ildə isə 77 milyard avroya çatacağı gözlənilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, borcun və faiz ödənişlərinin artması dövlət büdcəsinə əlavə təzyiq göstərəcək. Eyni zamanda, Fransanın dövlət borcunun təxminən 60 faizi xarici investorların əlində olduğundan, ödənilən faizlərin böyük hissəsi ölkə iqtisadiyyatından kənara çıxır.
Fransa hökuməti 2029-cu ilədək büdcə kəsirini ÜDM-in 3 faizindən aşağı salmağı və borcun artımını dayandırmağı planlaşdırır. Lakin bir çox iqtisadçılar bu hədəflərin mövcud siyasi və iqtisadi şəraitdə həyata keçirilməsini çətin hesab edir və yaxın illərdə ölkənin borc yükünün ÜDM-in 120 faizini keçə biləcəyini istisna etmirlər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

