Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Asiya İnkişaf Bankı Qırğızıstana 70 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankı Qırğızıstana 70 milyon dollar kredit ayırıb

01.07.2026 [21:29]

Asiya İnkişaf Bankı (AİB) Qırğızıstanda maliyyə idarəçiliyinin, şəffaflığın və dövlət resurslarından istifadənin təkmilləşdirilməsi məqsədilə 70 milyon dollar məbləğində güzəştli krediti təsdiqləyib.

AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, maliyyə dəstəyi Davamlı Maliyyə İdarəetməsi və İdarəetmənin Təkmilləşdirilməsi Proqramının ikinci mərhələsi çərçivəsində ayrılıb.

Bildirilib ki, proqram dövlət maliyyəsinin idarə olunması, dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, vergi sisteminin modernləşdirilməsi və korrupsiyaya qarşı mübarizə sahələrində islahatların həyata keçirilməsinə yönəlib.

AİB-nin məlumatına görə, layihə çərçivəsində büdcə planlaşdırılması, maliyyə nəzarəti və vergi proseslərinin rəqəmsallaşdırılması istiqamətində tədbirlər görüləcək.

Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31