Misraları ilə yaşayan şair
02.07.2026 [08:50]
Osman Sarıvəllinin vəfatından 36 il ötür...
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Osman Sarıvəlli yaradıcılığı ilə milli poeziyamızda özünəməxsus iz qoymuş şairlərdəndir. O, 20-ci əsr Azərbaycan poeziyasının tanınmış simalarından biri kimi şeirlərində Vətən sevgisini, insanın mənəvi aləmini, zəhməti, dostluğu və həyat eşqini böyük sənətkarlıqla tərənnüm edib. Şairin poetik dili sadəliyi, səmimiyyəti və dərin lirizmi ilə seçilir. O.Sarıvəlli oxucunu düşündürən, həyata nikbin baxış aşılayan əsərləri ilə müxtəlif nəsillərin rəğbətini qazanıb.
Şair 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Təhsilini artırmaq məqsədilə Moskvaya gedib və burada Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Bakı Pedaqoji Texnikumunda müəllim (1932-1935), Bakı Teatr Texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor və Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Osman Sarıvəlli uzun illər Azərbaycan poeziyasının inkişafında fəal iştirak edib. O, yalnız lirik şair kimi deyil, həm də tərcüməçi və publisist kimi məhsuldar yaradıcılıq yolu keçib. Müxtəlif xalqların ədəbi nümunələrini Azərbaycan dilinə çevirərək milli ədəbiyyatımızın zənginləşməsinə mühüm töhfə verib. Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.
Onun “Dəmir sətirlərim”, “Bənövşə”, “Şairin hədiyyəsi”, “Gətir, oğlum, gətir”, “Bahar çiçəkləri”, “İqlimdən iqlimə” kimi kitabları Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Şairin fəaliyyəti yüksək qiymətləndirilmiş və müxtəlif ali orden və mükafatlara layiq görülüb.
O, “Qırmızı Əmək Bayrağı” ordeni (1959), “Şərəf Nişanı” ordeni (1963), “Xalqlar Dostluğu” ordeni (1975) , “Oktyabr İnqilabı” ordeni (1985) kimi təltiflərlə mükafatlandırılıb.
Şairin yaradıcılığında insan amili əsas yer tutur. Onun əsərlərində sadə insanların duyğuları, zəhmətkeş həyat tərzi, doğma yurda bağlılıq və yüksək mənəvi dəyərlər poetik ifadəsini tapır. Məhz bu xüsusiyyətlər Osman Sarıvəlli poeziyasını zamanın sınağından çıxaran əsas amillərdəndir.
1990-cı ilin iyulun 2-də vəfat edən Osman Sarıvəlli doğulduğu kənddə dəfn edilib.
Bu gün Osman Sarıvəllinin xatirəsi dərin ehtiramla yad edilir. Onun qələmə aldığı misralar Azərbaycan oxucusunun mənəvi dünyasında yaşayır, milli poeziyamızın qiymətli nümunələri sırasında öz layiqli yerini qoruyub saxlayır. Sözün qüdrətinə inanan, yaradıcılığı ilə milli-mənəvi dəyərlərimizi yaşadan Osman Sarıvəlli daim Azərbaycan ədəbiyyatının unudulmaz sənətkarlarından biri kimi xatırlanacaq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25

