Azərbaycan Polisi: 108 illik şərəfli yol
02.07.2026 [14:33]
Məlum olduğu kimi, Azərbaycan Polisi artıq 108 ildir ki, dövlətimizin təhlükəsizliyinin, qanunun aliliyinin, ictimai asayişin və vətəndaşların hüquqlarının keşiyində şərəflə dayanır. Yeri gəlmişkən, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan Azərbaycan polisi ötən 108 il ərzində ölkədə qanunun aliliyinin, ictimai asayişin və vətəndaş təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə Daxili İşlər orqanlarının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-si Azərbaycan Polisi Günü elan edilib. Azərbaycan polisinin tarixində Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri danılmazdır. Məhz onun rəhbərliyi dövründə Daxili İşlər orqanlarında ciddi islahatlar aparılıb, peşəkar kadr potensialı formalaşdırılıb, xidmət intizamı gücləndirilib və milli ruhda yetişən polis əməkdaşlarının sayı artıb. Bu inkişaf sonrakı illərdə də davam etdirilərək ölkənin hüquq-mühafizə sisteminin daha da möhkəmlənməsinə zəmin yaradıb.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Daxili İşlər Nazirliyində genişmiqyaslı modernləşmə həyata keçirilib. Maddi-texniki baza gücləndirilib, polis ən müasir avadanlıqlarla təmin olunub, elektron xidmətlər genişləndirilib, "ASAN xidmət" mərkəzlərində polis xidmətləri təşkil edilib, "E-Polis" mobil tətbiqi istifadəyə verilib. Bu addımlar vətəndaş məmnunluğunun artırılmasına, şəffaflığın və operativliyin yüksəldilməsinə mühüm töhfə verib. Onu da qeyd edək ki, Azərbaycan polisi təkcə cinayətkarlıqla mübarizə aparan hüquq-mühafizə orqanı deyil. Polis əməkdaşları hər gün insanların həyatının xilas olunması, təhlükəsizliyinin təmin edilməsi və fövqəladə hallarda operativ yardım göstərilməsi istiqamətində də fədakarlıq nümayiş etdirirlər. Sel və daşqınlar zamanı çaylarda köməksiz vəziyyətdə qalan insanların sudan çıxarılması, yanğın baş verən ərazilərdən sakinlərin təxliyəsi, itkin düşən şəxslərin axtarışı, yol-nəqliyyat hadisələri zamanı yaralıların xilas edilməsi, təbii fəlakətlər və digər fövqəladə hallarda əhaliyə yardım göstərilməsi polis əməkdaşlarının gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrdə tez-tez yayılan bu cür görüntülər də göstərir ki, polis əməkdaşları bir çox hallarda həyatlarını riskə ataraq insanların köməyinə çatırlar. Bununla yanaşı, polis əməkdaşları kütləvi tədbirlər zamanı ictimai asayişi qoruyur, məktəblərin, uşaq bağçalarının, dövlət müəssisələrinin və strateji obyektlərin təhlükəsizliyini təmin edir, yol hərəkətinin tənzimlənməsində, itkin düşmüş uşaqların ailələrinə qaytarılmasında, məişət zorakılığı, kibercinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və digər hüquqazidd əməllərlə mübarizədə mühüm rol oynayırlar.
Onu da qeyd edək ki, Azərbaycan polisi eyni zamanda dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq nümunələri göstərib. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ön cəbhəyə yollanan ilk nizami qüvvələrdən biri məhz milis əməkdaşları və sonradan Daxili Qoşunlar olub. Birinci Qarabağ müharibəsində 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdikləri şücaətə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər isə müxtəlif orden və medallara layiq görülüb. 44 günlük Vətən müharibəsində də Daxili Qoşunların xüsusi təyinatlıları və polis əməkdaşları ön sıralarda döyüşərək mühüm tapşırıqları uğurla yerinə yetiriblər. Müharibə zamanı Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Prezident İlham Əliyevin sərəncamları ilə Daxili Qoşunların 1690 əməkdaşı müxtəlif orden və medallarla təltif olunub, onlardan 4 nəfərə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər. Həmin əməliyyatlarda DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə ucalıb. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, müvəqqəti komendantlıqların fəaliyyəti, Böyük Qayıdış proqramının icrası, mina təhlükəsinin aradan qaldırılması, qanunsuz silah və partlayıcı vasitələrin aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində də polis əməkdaşları gecə-gündüz xidmət aparırlar. Bu gün Azərbaycan polisi müasir çağırışlara uyğun fəaliyyət göstərən, beynəlxalq standartlara cavab verən, peşəkar və mərkəzləşdirilmiş hüquq-mühafizə sistemi kimi fəaliyyətini davam etdirir. Cinayətkarlıqla mübarizə, kibertəhlükəsizliyin təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması Daxili İşlər orqanlarının əsas fəaliyyət istiqamətlərindəndir.
Ən əsası, 108 illik şərəfli yol göstərir ki, Azərbaycan polisi yalnız qanunun keşiyində dayanan qurum deyil, həm də çətin gündə insanların ilk üz tutduğu ünvanlardan biridir. Gündəlik xidmətdə, fövqəladə hadisələrdə, təbii fəlakətlər zamanı, müharibə meydanında və ölkənin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri xidmətlər polis əməkdaşlarının Vətənə və xalqa sədaqətinin bariz nümunəsidir. Yeri gəlmişkən, 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını ürəkdən təbrik edir və bu çətin və şərəfli fəaliyyələrində uğurlar arzulayıram!
Nuranə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

