Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
03.07.2026 [15:01]
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına iyunun 14-də keçirilmiş qəbul imtahanının ikinci cəhdi üzrə yekun nəticələri elan edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bundan əvvəl qapalı və kodlaşdırıla bilən açıq tipli 95 tapşırıq üzrə nəticələr açıqlanmışdı. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının qiymətləndirilməsi də yekunlaşdırılıb və iştirakçıların yekun imtahan balları təqdim edilib. Bakalavrlar imtahanda qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla ümumilikdə 100 bal toplaya bilərlər.
Yekun nəticələr DİM-in internet saytında yerləşdirilib. Bakalavrlar nəticələrini, həmçinin mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanında müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" əsasında aparılacaq. Həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması məqsədilə DİM tərəfindən iyulun 8-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil olunacaq. Apellyasiya komissiyasına müraciət etmək istəyən bakalavrlar iyulun 6-sı saat 10:00-dan iyulun 8-i saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, bir bakalavrın müraciəti üzrə müzakirə üçün maksimum 15 dəqiqə vaxt ayrılır. Müəyyən edilmiş vaxt başa çatdıqda, kənar şəxsin müzakirəyə qoşulduğu və ya etik davranış qaydalarının pozulduğu hallarda müzakirə dayandırılır.
DİM qeyd edib ki, apellyasiya zamanı yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlərə baxılacaq. Cavab kartında təlimata uyğun olmayan formada qeyd edilmiş cavablar, eləcə də optik oxunma zamanı səhv nəticəyə səbəb olan düzəlişlərlə bağlı müraciətlər isə nəzərə alınmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

