Sülh və əməkdaşlıq: regionun yeni inkişaf modeli
07.07.2026 [10:55]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər Avropa ilə münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Dövlət başçısının mətbuata verdiyi bəyanat bir daha təsdiqləyir ki, formalaşan əməkdaşlıq modeli artıq yalnız enerji sahəsini deyil, ticarət, nəqliyyat, yaşıl enerji, investisiyalar, rəqəmsal transformasiya və regional təhlükəsizlik kimi geniş istiqamətləri əhatə edən çoxşaxəli strateji tərəfdaşlığa çevrilib.
Son aylarda Avropa İttifaqı (Aİ) rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin ölkəmizə ardıcıl səfərləri münasibətlərin intensiv xarakter aldığının göstəricisidir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidentinin Bakıya gəlməsi tərəflərin siyasi dialoqa və uzunmüddətli əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.
Müasir beynəlxalq münasibətlərdə davamlı əməkdaşlıq yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı maraqların uzlaşması ilə formalaşır. Bu baxımdan Avropa Komissiyası ilə münasibətlər son illər məhz praktik nəticələr üzərində qurulub. İqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artması, enerji layihələrinin uğurla həyata keçirilməsi və yeni investisiya imkanlarının yaranması tərəflər arasında etimadı daha da möhkəmləndirib.
Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri kimi çıxış edir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi, eyni zamanda Cənubi Qafqaz üzrə Aİ ilə həyata keçirilən ticarətin böyük hissəsinin Azərbaycan vasitəsilə reallaşması iqtisadi potensialın miqyasını təsdiqləyir. Bu göstəricilər həm də onu sübut edir ki, iqtisadi münasibətlər təsadüfi deyil, uzunmüddətli strateji əməkdaşlığın nəticəsidir.
Qlobal enerji bazarında baş verən dəyişikliklər etibarlı tərəfdaşların rolunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan uzun illər ərzində həyata keçirdiyi ardıcıl enerji siyasəti nəticəsində Avropanın enerji təhlükəsizliyində mühüm mövqeyə sahib olub. 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu bu istiqamətdə dönüş nöqtəsi hesab edilir. Həmin sənəddən sonra təbii qaz ixracının əhəmiyyətli dərəcədə artması, 10 Avropa İttifaqı dövlətinin Azərbaycan qazı ilə təmin olunması və yeni bazarlara çıxış imkanlarının yaranması tərəfdaşlığın real nəticələridir.
3500 kilometrlik Cənub Qaz Dəhlizi artıq yalnız enerji layihəsi deyil, Avrasiyanın ən mühüm strateji infrastruktur sistemlərindən biri hesab olunur. Bu layihə müxtəlif dövlətlərin maraqlarını birləşdirən, enerji marşrutlarını şaxələndirən və uzunmüddətli etibarlı təchizatı təmin edən mühüm platformaya çevrilib. Siyasi iradə, beynəlxalq əməkdaşlıq və böyük investisiyalar bir araya gəldikdə qlobal əhəmiyyət daşıyan nəticələr əldə etmək mümkündür. Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir: “Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir”.
Qlobal ticarət marşrutlarının dəyişdiyi bir dövrdə Orta Dəhliz və digər beynəlxalq nəqliyyat xətləri xüsusi əhəmiyyət qazanır. Azərbaycanın coğrafi mövqeyi, müasir liman infrastrukturu, dəmir yolları və logistika imkanları Avropa ilə Asiya arasında daşımaların sürətlənməsinə mühüm töhfə verir. Yükdaşımaların ildən-ilə artması bu marşrutların beynəlxalq əhəmiyyətini daha da gücləndirir.
Bərpaolunan enerji sahəsində əməkdaşlıq münasibətlərin yeni istiqamətinə çevrilir. Ölkənin zəngin günəş və külək potensialı, yeni elektrik ötürücü xətlərin tikintisi və yaşıl enerji ixracı üzrə həyata keçirilən layihələr Avropa ilə əməkdaşlığın perspektivlərini genişləndirir. Yaxın illərdə səkkiz giqavatlıq yeni istehsal güclərinin yaradılması planı yaşıl enerji strategiyasının konkret nəticələrə əsaslandığını nümayiş etdirir. Bu layihələr həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də qlobal iqlim məqsədlərinə töhfə verəcəkdir.
Görüş zamanı regional təhlükəsizlik məsələlərinin geniş müzakirə olunması təsadüfi deyil. Ermənistanla normallaşma prosesində əldə olunan nəticələr regionda yeni əməkdaşlıq imkanları yaradır. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, iqtisadi əlaqələrin təşviqi və sülh gündəliyinin irəli aparılması regionda etimad mühitinin formalaşmasına xidmət edir. Bu proses təkcə iki dövlət üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni inkişaf imkanları yaradır.
Tərəflər münasibətləri daha geniş strateji çərçivədə inkişaf etdirmək niyyətindədir. Enerji, yaşıl iqtisadiyyat, nəqliyyat, ticarət, investisiyalar və regional sabitlik artıq vahid əməkdaşlıq gündəminin əsas istiqamətlərinə çevrilib. Bu münasibətlər qarşılıqlı faydaya, uzunmüddətli planlaşdırmaya və ortaq maraqlara əsaslanır.
İyulun 1-də keçirilən görüşlər Avropa Komissiyası ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Formalaşan əməkdaşlıq modeli yalnız mövcud layihələrin davamı deyil, həm də gələcək onilliklər üçün yeni strateji baxışın ifadəsidir. Azərbaycan ilə Avropa Komissiyası arasında tərəfdaşlıq qarşıdakı dövrdə daha da dərinləşəcək və Avrasiyanın siyasi-iqtisadi inkişafında mühüm rol oynamağa davam edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58

