LNG daşımalarının xərcləri kəskin artıb
06.08.2026 [22:05]
Yaxın Şərqdəki gərginliyin davam etməsi və Hörmüz boğazının bağlı qalması fonunda qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının xərcləri kəskin artıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hazırda Hörmüz boğazından tranzitin dayanması qlobal LNG təchizatında fasilələrə səbəb olub, mövcud gəmi tutumunu azaldıb, tranzit müddətlərini uzadıb, çarter və yanacaq xərclərini 2022-ci il enerji böhranından bəri ən yüksək səviyyəyə çatdırıb.
Mövcud gəmi tutumunun azalmasından sonra üç yanacaqlı dizel-elektrik tipli LNG gəmiləri üçün gündəlik spot çarter qiyməti fevralın əvvəlindəki 5000 dollardan martın əvvəlində 235 min dollara yüksəlib. 2022-ci il enerji böhranının pik vaxtından bəri LNG gəmi çarter bazarında bu səviyyə müşahidə olunmayıb. Tankerlərin orta aylıq gündəlik çarter haqqı fevral ayında 18 min dollardan mart ayında 108 min dollara yüksəlib. Buxar turbin gəmiləri üçün orta aylıq gündəlik çarter haqqı da eyni dövrdə 3000 dollardan 50 min dollara yüksəlib.
LNG donanması tərəfindən istifadə edilən dəniz yanacağının orta qiyməti mart ayında əvvəlki aya nisbətən 73 faiz artaraq bir ton üçün 800 dolları keçib. Bu, 2022-ci il enerji böhranının pik vaxtından bəri qeydə alınan ən yüksək səviyyə olub.
250 milyon dollar dəyərindəki LNG gəmisi üçün Hörmüz boğazından tək keçid üzrə müharibə riski sığortasının dəyəri 25 milyon dollara çatıb. Münaqişənin pik dövründə LNG yükləri üçün sığorta haqları da yük dəyərinin 10 faizlə 20 faizi arasında dəyişib.
Üç yanacaqlı dizel-elektrik tipli LNG gəmiləri üçün gündəlik icarənin orta qiyməti isə iyun ayında 60 min 700 dollara çatıb. Bu səviyyə əvvəlki aya nisbətən 1 faiz, 2025-ci ilin iyun ayına nisbətən isə 243 faiz yüksəkdir.
Mart və iyun ayları arasında Qətərdən 300-dən çox və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) isə təxminən 20 tankerdə LNG yükü beynəlxalq bazara çata bilməyib. Körfəzdə və ya Oman körfəzində təxminən 160 LNG gəmisi lövbər salmaq məcburiyyətində qalıb.
Hörmüz boğazı Qətər və Birləşmiş Ərəb Əmirliklərindən LNG ixracı üçün yeganə dəniz keçididir və qlobal maye qaz tədarükünün təxminən beşdəbiri buradan keçir.
2030-cu ilə qədər qlobal miqyasda ildə təxminən 250 milyon ton yeni LNG gücünün istifadəyə veriləcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxGündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45

