Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

10.08.2026 [10:20]

Ötən gün husilərin Yəmənin qərbində yerləşən Əl-Muha şəhərinə və limanına olan raket, PUA hücumları nəticəsində 4-ü hərbçi, 3 mülki şəxs olmaqla 7 nəfərin həyatını itirdiyi, əksəriyyəti mülki şəxslər olmaqla 30 nəfərin yaralandığı açıqlanıb.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, ordu sözçüsü polkovnik Macid ən-Nüzeyli hücumlar zamanı hərbi mövqelərlə yanaşı, mülki yaşayış məntəqələrinin, infrastrukturun, vətəndaşların evlərinin, elektrik enerjisi istehsalı müəssisələrinin və şəhərdəki bəzi mülki obyektlərin də hədəf alındığını qeyd edib.

Ordu sözçüsü bu hücumu beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31