Şah İsmayıl Xətai və İlham Əliyev
10.08.2026 [17:35]
Mediada, sosial şəbəkədə Şah İsmayıl Xətai və Səfəvilər müzakirəsi, bəzi məqamlarda müharibəsi gedir. Bəzən bu polemikada qırmızı xətlərin keçilməsinin də şahidi oluruq. Rəhbərlik etdiyi imperiyanın ərazilərini Şah İsmayılda “səhv” tutanların, onu “xəta”larına görə qınayanların adi tənqidi nədənsə bir-birinin boğazından keçmir. Görün, o dövrdə yaşasaydılar, əllərində qılınc-qalxan olsaydı, bir-birinə necə qənim kəsilərdilər...Şah İsmayılın Təbriz taxtına çıxmasının 525 illiyini belə “qeyd edirik”.
Söz vaxtına çəkər: mənbələrdən oxuyuruq ki, 1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşür. Bu mübarək səfərdə onu yeddi (7 rəqəmi təsadüfdürmü?) nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirmiş: Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar... Qısa müddətdə böyük ordu və ard-arda qələbələr...Bəli, bu döyüşlərin, qanlı proseslərin bir hissəsi elə tarixi Azərbaycan ərazilərini əhatə edib. Amma məgər tariximizdə bir-biri ilə döyüşən türk imperatorlar, dünənə qədər bir-birinin qanına susayan xanlar, bəylər azmı olub?

Səfəvilərin qəddar düşməni olan Şirvanşah Fərrux Yasarın üzərinə hücumu, Şirvan şahının öldürülməsi, Şamaxı, Bakı Şərur döyüşləri, Səfəvilər – Ağqoyunlular müharibəsi, tökülən saysız qanlar...Bütün bunlar tarixin acı səhifələridir. Amma hakimiyyətlər, ərazilər uğrunda o qədər qardaş qırğını olub ki...Bunu əsas gətirib Şah İsmayıldan küsmək, ondan imtina etmək, bu, qəbulolunmazdır! Sarayında türk dili hakim olan, şeirlərini, məktublarını ana dilində yazan, 2 əsrdən artıq müddətdə mövcud olmuş bir imperiyadan necə imtina edə bilərik? Təsəvvür edin, Səfəviləri Azərbaycan tarixindən silirik, o halda tariximizdə natamamlıq yaranar, miskin görünərik. Yaxşısı ilə, pisi ilə, acı səhifələri ilə bu, bizim tariximizdir!
1501-ci ildə Şah İsmayıl paytaxtı Təbriz olan Səfəvilər imperiyasını elan etməsəydi və 2,4 - 3,5 mln. kv.km-lik əraziyə malik olduğu bildirilən bu coğrafiyada Azərbaycan adına dövlət yaranmasaydı, 1813-1828-ci illərdə Rusiya və İran arasındakı müharibələr nəticəsində əldə olunan “sülh müqaviləsi” nəticəsində də bölünən Azərbaycan olmayacaqdı, 1918-ci ildə təqribən 114 min kv.km-lik Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xəyal olaraq qalacaqdı, 1920-ci ilin aprel işğalından sonra da Azərbaycanın sovetlərin tərkibinə daxil edilməsi yada düşməyəcəkdi və nəhayət, 1991-ci ilin 18 oktyabrında qəbul edilən Müstəqilliyimizin Bərpası haqqında Konstitusiya Aktında “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”, yazılmayacaqdı...
Ona görə də bütün olub-keçənlərə rəğmən, sağ olsun Şah İsmayıl və Səfəvilər! Mədəni və tarixi irsimizə sahib çıxaq ki, özgələr mənimsəməsin!
Onsuz da İrandakı şovinistlər Azərbaycan adına kim varsa, nə varsa, bizdən qoparmağa çalışıblar tarix boyunca. Nizami Gəncəviyə iddia edirlər, Şah İsmayıl və Səfəvilərin “İrana aid olduğunu” deyirlər, ara-sıra hətta şəkər dilli Seyid Məhəmməd Hüseyn Şəhriyarı da “İran və fars şairi” adlandıracaq qədər cahil davranırlar. Vaxtilə bu iddiaya reaksiyasını öyrəndiyim Xalq şairi Bəxtiyar Vahabzadənin çox sərt reaksiyası olmuşdu. Amma İrandakı türk düşmənləri tarixi saxtakarlıqlardan əl götürmürlər. Vaxtaşırı Səfəvilər və Şah İsmayıl Xətaiyə həsr olunan tədbirlər keçirib, onları “özününküləşdirməyə” cəhd göstərirlər. Şah İsmayılın və ailə üzvlərinin Ərdəbildə Şeyx Səfiəddin məqbərəsində uyumasını, burada böyük bir kompleks yaradılmasını əsas gətirirlər. Amma 1813-1928-ci il müharibələrinə və Rusiya ilə Qacarlar (İran) arasında imzalanmış, bizlər üçün fəlakətli “sülh müqavilələrinə” qədər Ərdəbilin haraya aid olduğunu “unudurlar”. Bugünkü İran ərazisində olanlar o demək deyil ki, hamılıqla İrana məxsusdur. Ona qalsa, Hələbdə uyuyan Nəsimi, Kərbəlada əbədiyyətə qovuşmuş Məhəmməd Füzuli də bizimdir. Şah İsmayıl isə öz yurdundadır, sadəcə Böyük Vətənimizi parçalayıblar.
İrandan hərdən yersiz iddiaların səsləndiyi vaxtda ölkəmizdə də şübhə toxumlarının səpilməsi heç yaxşı hal deyil və olduqca zərərlidir. Azərbaycanın dəyərlərinə toxunmaq, ruhlarını narahat etmək olmaz, ən azı günahdır!
Şah İsmayıl Xətaiyə və Səfəvilərə dövrünün şərtləri daxilində qiymət vermək lazımdır, 21-ci əsrdən, süni zəka dövründən, internet zamanında o vaxtı zərrəbinlə təftiş etmək absurddur. Hələ o hadisələrin üstündən 5 əsr keçəndən sonra da dünyamızda keçidlər, boğazlar, ərazilər, qənimətlər uğrunda savaşlar gedirsə, bir ölkənin prezidenti yatdığı yerdə qaçırılırsa, su mənbələrindən tutmuş, zəngin neft, qızıl, uran ehtiyatlarınadək sərvətlərin uğrunda ölüm-qalım müharibələri, təfriqələri davam etdirilirsə, 15-16-cı əsrdə ideal şah, ideal imperiya axtarmaq nə dərəcədə normaldır? Şah İsmayıl və Sultan Səlim arasında baş verən Çaldıran döyüşü acı təəssüf hissi ilə xatırlanmalı və bütövlükdə Türkün faciəsi kimi qeyd olunmalıdır. Hətta Çaldıran şəhidlərinin şərəfinə xatirə abidəsinin qoyulmasına da ehtiyac var.

Bir neçə il öncə Van bölgəsinə səfərimiz zamanı Çaldıran çölündən keçərkən Səfəvilər və Osmanlı imperiyalarının ortaq şəhidlərini anmaq üçün dayanmağımızı təklif etdiyimdə, həm Türkiyə, həm də Azərbaycandan olan dəyərli insanlarımızın müsbət qarşılıq verməsi çox xoş olmuşdu. Leysan yağışın altında şəhidlərimizə dualar oxuyub, bir daha belə fəlakətlərin yaşanmamasını Tanrıdan diləyib, yolumuza davam etmişdik. Biz faciələrimizdən nəticə çıxartmalıyıq, kimlərəsə ortalığı qarışdırmaq fürsəti verməməliyik. Türkün tarixində qala divarlarına insanları hördürən fatehlər azmı olub? Onlardan imtina etməliyikmi?
Bu gün birləşdirici məqamları axtarmalı, onlar üzərində fikir mübadiləsi aparmalıyıq. Bu mənada dövlətimizin yürütdüyü siyasət hər birimizə örnək olmalıdır. Diqqət edin, Azərbaycan və İran prezidentləri arasında münasibətlər necə səmimi atmosfer üzərində qurulub və davam edir. Ölkəsindəki anti-Azərbaycan çevrələrin bəzən təhdidləri ilə belə üzləşən İran prezidenti Məsud Pezeşkian müharibə zamanı Azərbaycanın müxtəlif istiqamətlər üzrə İrana əhəmiyyətli dərəcədə kömək etdiyini bəyan edib.
“Azərbaycan bütün yolları bağladı və bizim bankımızın fəaliyyətini dayandırdı. Biz onlara zəng edib danışdıq. İki saatlıq söhbətdən sonra onlar hər şeyi yenidən açdılar. Bank, səfirlik və marşrutlar - hər şey yenidən açıldı. Müharibə zamanı onlar müxtəlif istiqamətlər üzrə bizə əhəmiyyətli dərəcədə kömək edirdilər. İstər Rusiyaya tədarüklər, istərsə də öz tədarükləri olsun; onlar bizi müşayiət edir və ehtiyac duyduğumuz hər şeydə bizə kömək edirdilər”, - Pezeşkian vurğulayıb.
Bu, Azərbaycanı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında hansısa formada guya “iştirak etməkdə” ittiham edən rəsmi, qeyri-rəsmi iranlılara tutarlı cavabdır. Bilirik ki, bundan sonra da həmin çevrələr susmayacaqlar, amma “mən türkəm” deyən prezidentin, 100 ildən sonra İranın rəhbərliyinə yüksəlmiş türkün uca səslə bu həqiqəti dilə gətiməsi çox mühüm məsələdir. Heç şübhəsiz ki, bu, həm də Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin dürüst siyasətinin məntiqi nəticəsidir. İlham Əliyev sözü bir dəfə deyib: “Azərbaycan ərazisindən İrana qarşı istifadə oluna bilməz!” Vəssalam və NİDA!
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, - Prezidentin şəxsi səhifəsindəki paylaşımda qeyd olunub.

Bu, həm də “bizim ortaq dəyərlərimiz var”, deyən liderlərin sərgilədiyi nümunədir. Bu qarşılıqlı etimad həm də dolayısı ilə Şah İsmayıl Xətai mübahisələrini dayandırın, ismarışıdır. Doğrudanmı anlamırıq ki, Şah İsmayılın kölgəsini bu qədər “qılınclamaqla” həm də o taydakı qardaşlarımızı incik salırıq. Axı, ordakı 40 milyon Şah İsmayıla sahib çıxır, elə isə burdakı “tufan” nədir?
Diqqət edin, son günlər Azərbaycana, dövlətimizin Liderinə ABŞ prezidenti Donald Tramp zəng edib, 8 avqust razılaşması, Zəngəzur dəhlizi – TRIPP marşrutu və Ermənistanla davam edən sülh prosesi ilə bağlı təşəkkür edib. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana təbrik ünvanladıqdan sonra Prezident İlham Əliyevə İLK DƏFƏ zəng edib! Paşinyanın zəngi ayrı mövzudur. Amma Trampın təşəkkür və minnətdarlığının ardınca İran liderinin Azərbaycanla bağlı mövqeyi nadir hadisələrdən sayıla bilər. Bir-birinə düşmən olan ölkələr eyni vaxtda Azərbaycana təşəkkür edirlər. Özü də bu, tək nümunə deyil, əvvəllər də olub.
Bu, siyasət bilicisinin, diplomatiya ustasının yaratdığı situasiyanın məntiqi nəticəsidir. Azərbaycanın heç kəs qarşısında borcu, öhdəliyi yoxdur, şəffaf yürüdülən dövlət siyasəti var, kimsəyə qarşı nifaq toxumu səpilmir, ayağının altına mina düzülmür, bölgədə və dünyada sülhün, rifahın hökm sürməsindən ötrü töhfələr verilir. Artıq hər kəs başa düşür ki, İlham Əliyevin sözü imzası qədər etibarlıdır, dəqiqdir, o cümlədən dövlət başçımıza “qardaşım” deyə xitab edən Məsud bəy də tam əmindir. Təsəvvür edin, əksi olsaydı, hansısa paytaxtlar Azərbaycan ərazisində at oynatsaydı, nələr baş verərdi? Körfəz ölkələrinin taleyi göz önündədir. Biz kimsədən qorxub-çəkinmirik, qırmızı xətti keçənləri yerində oturdan qüdrətli dövlətimiz var. Amma bölgədə normal münasibətlər sisteminin hökm sürməsini istəyirik. Bizə hörmətlə yanaşana hörmətlə yanaşılacaq, əksi olacaqsa, cavabı veriləcək! Bu, siyasətin İlham Əliyev nümunəsidir! 35 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Liderinin, Şah İsmayıldan sonrakı 500 illik məğlubiyyətlər seriyalarından sonra Azərbaycan xalqına tarixi ZƏFƏR qazandırmış Qalib Sərkərdənin! Ona güvənməli, inanmalı, etibar etməli və qorumalıyıq, həm də cəmiyyət olaraq! Hər yerdə, o cümlədən sosial şəbəkələrdə!
Ona görə də hörmətli Mirşahin bəyin fikirlərini tam bölüşürəm: “Şah İsmayılı təftiş yox, Prezident İlham Əliyevi TƏQDİM və TƏDRİS etmək vaxtıdır!”

Dünyanın hərbi mərkəzləri İlham Əliyevin Baş Komandanlığı ilə Şuşa qalasının azad olunmasının sirli-sehrli planını araşdırır, tədris edirsə, biz niyə Zəfərimizin Memarından öyrənməyək?!

Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

