17-ci səfər...
12.08.2026 [13:17]
Heydər Əliyevin Naxçıvan strategiyasının məntiqi davamı
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Bu səfər sıradan bir səfər deyildi...
Avqustun 11-də Naxçıvan daha bir tarixi hadisəyə şahidlik etdi. Bu hadisə isə Muxtar Respublikanın yalnız sosial-iqtisadi inkişafını deyil, bütövlükdə Azərbaycanın regional mövqeyini dünyaya nümayiş etdirdi.
17-ci səfər Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazisi olan bu qədim diyarı regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından biri kimi təqdim etdi.
- Tarixən Yaxın Şərqə gedən yollar yenidən Naxçıvandan keçəcək;
- Naxçıvan enerji sahəsində xarici asılılıqdan xilas olaraq özünü təmin edəcək və potensial ixracatçı statusu qazanacaq
- Gələcəkdə əsas ticarət yolları, logistika xətləri Naxçıvana da yönələcək. Bu isə Naxçıvanın əlavə 200 milyon dollarlıq bazara çıxışı deməkdir
- Qarşıdurma xəttini hər ölkənin maraqlarına uyğun əməkdaşlıq əvəz edəcək ki, bu əməkdaşlıq yalnız Cənubi Qafqazın iqtisadiyyatına deyil, daha geniş Avrasiya məkanında ticarət marşrutlarına da təsir göstərə bilər
- Gələcəkdə Naxçıvanın Orta Dəhlizin də mühüm seqmentinə çevrilmə imkanı var.
- Bu gün Şərq-Qərb əlaqələrinin genişlənməsi proqramına Zəngəzur dəhlizi (TRIPP marşrutu) də daxildir. Naxçıvan isə həmin strateji xəttin mərkəzində qərarlaşıb.
İlham Əliyev bu qədim diyara 3 il əvvəl səfər etmişdi...
O vaxt Türkiyə Prezidenti Ərdoğanla İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyulmuşdu. Bu, Naxçıvanın dirçəldilməsində bir mayak idi.
Budəfəki səfəri isə Türkiyə-İran-Ermənistan üçbucağında yerləşən Naxçıvanı bölgənin iqtisadi-siyasi mənzərəsini dəyişəcək əsas həlqə olduğunu isbatlamaq idi. Bacardı!
Prezidentin Naxçıvan səfəri yalnız Azərbaycan üçün əhəmiyyətli deyildi, həm də regionun yeni dəyişikliklər astanasında olduğunu göstərən səfər idi.
1990-cı ilin noyabrında Ulu Öndərin ilk dəfə Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün elə həmin torpaqda İlham Əliyev tərəfindən yenidən qürurla dalğalanır.
Amma bu dəfə yalnız Azərbaycanın sıradan bir ərazisi kimi deyil, bütün regionun əməkdaşlıq, inkişaf, rifah və sülh qovşağına çevriləcək NAXÇIVAN...
Alqış Musayev,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

