Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər
15.08.2026 [18:29]
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) regionda iqlim böhranının fəsadları ilə bağlı ciddi xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, qurumun bəyanatına görə, ekoloji problemlər səbəbindən bölgədə təxminən 32 milyon insan daxili köçkün vəziyyətinə düşə bilər. Regionun iqlim hədəflərinə çatması üçün isə 294 milyard dollar investisiyaya ehtiyac var. Nigeriyanın paytaxtı Abujada keçirilən seminarda çıxış edən ECOWAS-ın iqtisadi işlər və kənd təsərrüfatı üzrə komissarı Kalilu Silla regional karbon bazarı platformasının yaradılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Qərbi Afrika qlobal iqlim dəyişikliyinə qarşı dünyanın ən həssas və müdafiəsiz bölgələrindən biridir. Onun sözlərinə görə, 2050-ci ilə qədər regionda temperaturun 1,5-3 dərəcə artacağı gözlənilir. Bu artım milyonlarla insanın həyat şəraitini pisləşdirərək kütləvi miqrasiyaya yol açacaq. Mövcud maliyyə çatışmazlığının üzv dövlətlərin iqlim hədəflərini böyütməsi ilə daha da dərinləşdiyini bildirən komissar problemin həlli üçün regional miqyasda birgə və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri hesab edir. Komissar, həmçinin vurğulayıb ki, Qərbi Afrika zəngin təbii resurslarına rəğmən karbon bazarlarındakı potensialından hələ də yetərincə istifadə edə bilmir. Regionda 350 milyon hektardan çox əkin sahəsi, geniş meşəliklər, manqrov ekosistemləri və torpaqların bərpası üçün böyük imkanlar mövcuddur. Bu aktivlər yüksək keyfiyyətli karbon kreditlərinin yaradılmasına imkan versə də, tənzimləyici boşluqlar, texniki potensialın zəifliyi, monitorinq sistemlərindəki çatışmazlıqlar və sertifikatlaşdırma problemləri bölgə ölkələrinin beynəlxalq karbon bazarlarında lazımi səviyyədə təmsil olunmasına mane olur. Kalilu Silla seminar iştirakçılarını layihə çərçivəsini hərtərəfli nəzərdən keçirməyə, investorlar üçün etibarlı, şəffaf və cəlbedici bir platformanın qurulmasına dəstək verməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55

