Cənubi Qafqaz SÜLHə yaxınlaşır...
21.08.2026 [09:20]
İrəvan konstitusiya dəyişikliyinə gedir
Siyasi qarşıdurmalar da istisna olunmur
Bu günlərdə Ermənistandan ölkə konstitusiyasının dəyişdirilməsi ilə bağlı yeni xəbərlər gəlib. Belə ki, Ermənistan parlamentinin iclasında hakim “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyan müxalifətçi “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryanın suallarını cavablandırarkən yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı açıqlamalar verib. Yeni konstitusiya layihəsinin nə vaxt dərc olunacağı barədə sualı cavablandırarkən deputat bildirib ki, sənədlə bağlı əlavə müzakirələrə, o cümlədən hakim komandanın daxilində müzakirələrə hələ də ehtiyac var. Bununla belə, Culakyan layihənin mətninin cari ilin sonunadək dərc edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Konstitusiya dəyişikliyi sülh prosesinin təşəbbüskarı olan Azərbaycanın əsas tələbidir
Hazırda Cənubi Qafqaz heç vaxt olmadığı qədər sülhə yaxındır. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları (ABŞ) və Ermənistan liderlərinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri tərəfindən yekun sülh sazişi paraflanıb. Bundan sonra ötən bir ildə region real sülh şəraitində yaşayıb. Azərbaycanla Ermənistan arasında postmüharibə mərhələsində başlayan tənzimləmə prosesində müsbət dinamika izlənilib. Xüsusilə də qalib Azərbaycan sülh prosesinə təkan vermək məqsədilə öz ərzisindən Ermənistana tranzit yüklərin keçidinə icazə verib. Həmçinin respublikamızdan Ermənistana strateji əhəmiyyətli enerji məhsullarının ixracına başlanıb. Eləcə də iki ölkənin vətəndaş cəmiyyətləri təmsilçilərinin “Sülh körpüsü” platforması çərçivəsində İrəvanda və Bakıda bir neçə görüşü baş tutub.
Bu kimi müsbət reallıqlar fonunda sual yaranır: Bəs yekun sülh sazişi niyə imzalanmır və yaxud nə vaxt imzalanacaq? Ictimaiyyətdə belə bir suala cavab axtarılması tam təbiidir. Yada salaq ki, məğlub Ermənistan 2020-ci il 10 noyabr tarixində müharibə başa çatandan sonra xarici havadarlarının diktəsi ilə Azərbaycanın sülh təşəbbüslərini müxtəlif manipulyasiyalara əl atmaqla təxminən 5 il yubatdı. Nəhayət, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh prosesində yeni mərhələ açıldı. Cəmiyyətimizdə narahatlıq var ki, Ermənistan bu dəfə də yekun sülh sazişinin imzalanmasını hansı yollarlasa uzada bilər.
Əslində, bu dəfə Ermənistanın sülh prosesini yubadacağı ehtimalı yüksək deyil. Bunu həm beynəlxalq vəziyyət, regionda yaranmış reallıqqlar, həm də Ermənistanın bir sıra mühüm çağırışlarla üz-üz qalması şərtləndirir. Əvvəla, xüsusi olaraq vurğulayaq ki, Vaşinqton görüşündən sonra dünyanın supergüc dövləti olan ABŞ bir növ sülh prosesinin qarantı qismində çıxış edir. Vaşinqtonda yekun sülh sazişinin paraflanması o anlama gəlir ki, ABŞ Azərbaycanın sülh gündəliyini dəstəkləyir. Ermənistanın siyasi rəhbərliyinin Ağ Evin iradəsinə qarşı hansısa bir addım ata biləcəyi mümkün görünmür.
Digər tərəfdən, Vaşinqtonda birgə siyasi bəyanat verilib və kommunikasiyaların blokdan çıxarılması razılaşdırılıb. Hazırda Ağ Evdə razılaşdırılan TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) reallaşdırılması istiqamətində işlər görülür. Bu kimi reallıqlar fonunda sülh prosesinin hansısa bir bəhanə ilə ləngidilməsi Ermənistan üçün ciddi təzyiqləri qaçılmaz edər.
Yekun sülh sazişinin imzalanmasının yeganə şərti isə Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Bu tələblə Azərbaycan çıxış edir və rəsmi Bakı bu tələbi irəli srürməkdə tam haqlıdır. Ermənistan konstitusiyasının indiki məzmunu sülh sazişinin müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, əsas qanunun preamlula hissəsində istinad edilən Ermənistan Müstəqillik Bəyannaməsində beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ hüquqi olaraq Ermənistanın tərkib hissəsi kimi qəbul edilir. Beləliklə, absurd vəziyyət yaranır. Ötən beş ildə aparılan tənzimləmə prosesinin və Vaşinqtinda imzalanan sənədin əsas qayəsini ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi təşkil edir. Paraflanan sənəddə bununla bağlı konkret müddəa öz əksini tapıb və tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını birmənalı şəkildə və həm də konkret imza ilə təsdiqlənən bir formada bəyan ediblər. İndiki konstitusiyanın qüvvədə qalması isə faktiki olaraq Ermənistan rəhbərliyinin siyasi iradəısini inkar edir. Yəni bir tərəfdən Baş nazir Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, digər tərəfdən isə əsas qanunda bunun əksini özündə ehtiva edən müddə var. İki ziddiyyətli məqam ortada ikən hansı məntiqlə yekun sülh sazişini imzalamaq olar? Burada məntiq görünmür, ona görə də qalıcı, əsas qanunla dəstəklənən sülh tərəfdarı olan Azərbaycan Ermənistan konstitusiyasının mütləq qaydada dəyişdirilməsi tələbini irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda və istənilən məkanda imzalana bilər.
Mövcud konstitusiyada zəruri dəyişikliklər, yoxsa yeni əsas qanun?
Son vaxtlaradək Ermənistanda referendum yolu ilə mövcud konstitusiyada zəruri dəyşikliklərin edilməsi ilə bağlı müzakirələr aparılırdı. “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyanın parlamentdə verdiyi açıqlama ilə isə yeni versiya da gündəmə gəlib. Söhbət Ermənistanda tamamilə yeni bir konstitusiyanın qəbul edilməsindən gedir. O, müxalifət təmsilçisinin sualını cavablandırarkən bildirib ki, konstitusiyanın mətnindən heç nə çıxarılmayıb, çünki biz yeni Konstitusiya yazırıq. “Biz qüvvədə olan konstitusiyanı götürüb oradan hansısa müddəaları çıxarmamışıq, yenilərini də əlavə etməmişik. Biz boş vərəq götürdük və onun üzərində yeni konstitusiyanın mətnini yazmağa başladıq”, - deyə Culakyan bildirib.
Eyni zamanda deputat yeni konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmadığını təsdiqləyib. “Layihədə olması nəzərdə tutulan preambulada Müstəqillik Bəyannaməsinə istinad varmı? Xeyr. Və olmamalı idi. Bu barədə nə qədər danışsanız və spekulyasiya etsəniz də, belədir”, - deyə hakim partiyanın deputatı bildirib.
Revanşistlərin əks mövqedən çıxış etmələri suallar yaradır
Hakimiyyətin konstitusiya dəyişikliyinə gediləcəyini bəyan etməsi Ermənistanda revanşist qüvvələırin fəallığını artırıb. 7 iyun seçkilərində istəklərinə çatmayan revanşistlər indi konstitusiya islahatı ilə razılaşmamaqla Paşinyana qarşı yeni cəbhə açmağa çalışırılar. “Ermənistan Alyansı”nın deputatı Kristine Vardanyan baş nazir Nikol Paşinyanı konstitusiyanı “Əliyevin zövqünə uyğunlaşdırmaqda” ittiham edib. “Güclü Ermənistan” partiyasının lideri Narek Karapetyan isə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını “ölkənin doğum haqqında şəhadətnaməsinin yandırılması” adlandırıb.
Əslində, revanşistlərin konstitusiya islahatına qarşı dirəniş göstərmələri o anlama gəlir ki, Ermənistanda hələ “bəlkə də, qaytardılar” xülyası ilə yaşayan qüvvələr mövcuddur. Bu isə real olaraq müharibəyə çağırışdır və hakimiyyət bu kimi tendensiyaların qarşısını almaq üçün daha ciddi tədbirlər görməlidir.
Başqa bir sual hakim komandanın konstitusiya islahatına getməsi üçün parlamentdə konsensusa nail olmaq ehtimalının tam təmin edilməməsi ilə bağlıdır. Məlumdur ki, son seçkilərdən sonra hakim partiya parlamentdə 64 deputatla təmsil olunur. Referendum təşəbbüsünün dəstəklənməsi üçün isə 70 səs tələbi var. Belə olan halda “Vətəndaş Müqaviləsi”nin daha ən azı 6 səsə ehtiyacı yaranacaq. Buna isə yalnız parlament fraksiyalarından biri ilə razılaşma yolu ilə nail olmaq mümkündür. Hakim komandanın bunu hansı yolla bacaracağını isə zaman göstərəcək.
Hər halda, Ermənistanda yeni siyasi qarşıdurma dalğasına keçid ediləcəyi tam realdır. Ancaq kilsə də daxil olmaqla müxalifət qüvvələrinin etirazlara başlaması siyasi hakimiyyət üçün hansısa bir radikal ssenarinin işə düşəcəyi anlamına gəlmir. Çünki son seçkilər bir daha təsdiqlədi ki, bütövlükdə Ermənistan cəmiyyəti iki seçim qarşısında qaldıqda sülhü, yəni indiki hakimiyyətin mövqeyini dəstəkləyir. Xatırladaq kİ, Ermənistan parlamentində ikinci yeri 23 faiz səslə “Güclü Ermənistan”, üçüncü yeri isə 10 faizə yaxın səslə “Ermənistan” bloku tutur.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

