/ / İkitərəfli münasibətlərin təməlində duran tarixi, dini və mədəni bağlılıqlar bu gün liderlərin siyasi iradəsi sayəsində sarsılmaz müttəfiqliyə çevrilmişdir
İkitərəfli münasibətlərin təməlində duran tarixi, dini və mədəni bağlılıqlar bu gün liderlərin siyasi iradəsi sayəsində sarsılmaz müttəfiqliyə çevrilmişdir
26.08.2026 [14:36]
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu növbəti dəfə təsdiqlədi. Müasir dövrdə Azərbaycan və Özbəkistan münasibətləri yalnız ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində sürətlə inkişaf edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə güclü təkan verir.
İkitərəfli münasibətlərin təməlində duran tarixi, dini və mədəni bağlılıqlar bu gün liderlərin siyasi iradəsi sayəsində sarsılmaz müttəfiqliyə çevrilmişdir. Səfər zamanı diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması və sənaye kooperasiyasının inkişaf etdirilməsi olmuşdur. Azərbaycan və Özbəkistan birgə investisiya fondlarının yaradılması, enerji sahəsində layihələrin icrası və kənd təsərrüfatı sektorunda təcrübə mübadiləsi vasitəsilə regionun iqtisadi potensialını artırmağı hədəfləyir.
Nəqliyyat və loqistika sahəsi də danışıqların prioritet istiqamətlərindən birini təşkil etmişdir. Orta Dəhlizin strateji əhəmiyyətinin günbəgün artdığı bir dövrdə Azərbaycan və Özbəkistanın nəqliyyat infrastrukturlarının inteqrasiyası, yükdaşımaların həcminin artırılması və tranzit imkanlarının optimallaşdırılması hər iki tərəf üçün böyük iqtisadi dividentlər vəd edir. Özbəkistan mahsullarının Azərbaycan üzərindən Avropa və dünya bazarlarına çıxarılması, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpünün salınması regional inteqrasiyanı daha da gücləndirir.
Eyni zamanda, mədəni-humanitar əlaqələrin inkişafı və xalqlararası münasibətlərin sıxlaşdırılması səfər proqramının mühüm tərkib hissəsi olmuşdur. Qarabağda aparılan bərpa-quruculuq işlərinə Özbəkistanın verdiyi qardaşlıq dəstəyi, Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına məktəb iki xalqın sarsılmaz dostluğunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan müttəfiqliyinin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirməklə yanaşı, Türk dünyasının birliyi və regional sabitsizliklərin aradan qaldırılması yolunda atılmış növbəti tarixi addımdır.
Daşkənddə baş tutan ali səviyyəli danışıqlardan sonra iki ölkə dövlət başçılarının iştirakı ilə Müttəfiqlik münasibətləri haqqında Müqavilə və müxtəlif sahələri əhatə edən mühüm sənədlər paketi imzalandı. Liderlər iki ölkənin Biznes Şurasının iclasının yekunlarına dair bəyanatlarla çıxış edərək, iqtisadi-ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq məqsədini qarşıya qoydular. Bu çərçivədə energetika, toxuculuq, avtomobil sənayesi və kənd təsərrüfatı sahələrində birgə kooperasiya layihələrinin genişləndirilməsi qərara alındı.
Səfərin diqqətçəkən məqamlarından biri də mədəni və tarixi irsə göstərilən diqqət oldu. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birlikdə Daşkənddəki "Müstəqillik" monmentini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçəni, eləcə də onun şərəfinə ucaldılmış memorial kompleksi ziyarət edərək ehtiramını bildirdi.
Bununla yanaşı, dövlət başçıları Özbəkistanın zəngin tarixi və sənaye mərkəzlərindən olan Xivə və Səmərqənd şəhərlərinə də səfər etdilər. Xivə şəhərində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş "İçərişəhər" (İçan-Qala) dövlət tarix-memarlıq qoruğu ilə tanışlıq baş tutdu, habelə regionun sənaye potensialını əks etdirən müəssisələrə baxış keçirildi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında qurulan müttəfiqlik münasibətləri sadəcə iki dövlətin maraqlarına deyil, bütövlükdə regionun sabitliyinə və tərəqqisinə xidmət edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar, imzalanan strateji sənədlər və sənaye-iqtisadi sahədə atılan praktiki addımlar iki qardaş ölkə arasında əməkdaşlığı keyfiyyətcə yeni bir mərhələyə yüksəltdi.
Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan strateji müttəfiqliyinin geostrateji əhəmiyyətini artırmaqla yanaşı, Türk dünyasının birliyi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya proseslərinin sürətlənməsinə mühüm töhfə verdi. Bu tarixi səfər iki ölkənin ortaq gələcəyə doğru atdığı növbəti böyük və uğurlu addımdır.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

