İki qardaş ölkənin əbədi dostluğuna Prezident İlham Əliyevdən mühüm mesajlar
26.08.2026 [17:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi son müsahibə iki qardaş ölkə arasında münasibətlərin hansı səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirib. Dövlət başçısının müsahibəsində Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri geniş şəkildə diqqətə çatdırılıb. Cənab Prezident İlham Əliyev Azərbaycan–Özbəkistan münasibətlərinin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbətin dayandığını vurğulayıb. Onun sözlərinə görə, son illərdə bu möhkəm təməl üzərində qurulan dövlətlərarası əlaqələr sürətlə inkişaf edərək ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəlib.
Müsahibədə Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərə də xüsusi diqqət yetirib. Dövlət başçısı iki lider arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Bu amil iki ölkə arasında siyasi dialoqun davamlı və yüksək səviyyədə saxlanılmasına mühüm zəmin yaradır. Azərbaycan və Özbəkistan arasında son illərdə intensivləşən qarşılıqlı səfərlər də münasibətlərin dinamikliyinin göstəricisidir. Prezident İlham Əliyev qeyd edib ki, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə ciddi təkan verib. Əməkdaşlığın yalnız siyasi münasibətlərlə məhdudlaşmaması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan iqtisadiyyat, nəqliyyat, logistika, enerji, sənaye və humanitar sahələrdə əməkdaşlığı genişləndirərək qarşılıqlı imkanlardan daha səmərəli istifadə etməyə çalışırlar. Əvvəlki yüksək səviyyəli görüşlərdə imzalanmış mühüm sənədlər də bu əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistan səfəri yalnız növbəti diplomatik görüş kimi deyil, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər.
Azərbaycan və Özbəkistanın qarşılıqlı əməkdaşlığı eyni zamanda Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. İki ölkənin tarixi və mədəni yaxınlığı siyasi iradə ilə birləşərək müasir dövrdə yeni iqtisadi və strateji imkanlara çevrilir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq münasibətləri deyil, konkret siyasi və iqtisadi maraqlara əsaslanan hərtərəfli müttəfiqlik modelidir. Qarşıdakı dövlət səfərinin də bu əlaqələrin yeni mərhələyə keçməsinə və iki ölkənin birgə layihələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi gözlənilir. Prezident İlham Əliyevin Özbəkistan səfəri ərəfəsində verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bu gün nə qədər möhkəm və çoxşaxəli olduğunu göstərən mühüm siyasi mesaj kimi dəyərləndirilə bilər. Bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi həm Azərbaycan və Özbəkistanın, həm də bütövlükdə Türk dünyasının strateji maraqlarına xidmət edir.
Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Bu gözəl imkandan istifadə edərək öz növbəmdə, qardaş Özbəkistan xalqını ölkənin dövlət müstəqilliyinin qarşıdan gələn 35-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik etmək, dərin hörmətimi və ən xoş arzularımı çatdırmaq, sülh, əmin-amanlıq, tərəqqi və yeni-yeni nailiyyətlər arzulamaq istərdim.
Esmira Həsənova
Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

