Qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə asaslanan əməkdaşlıq
27.08.2026 [12:05]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm siyasi hadisə kimi yadda qaldı. Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsindən, mövcud əməkdaşlığın nəticələrindən və gələcək perspektivlərdən geniş bəhs etdi.
Cənab Prezident İlham Əliyevin bəyanatında iqtisadi əməkdaşlıq xüsusi yer tutdu. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması istiqamətində konkret hədəflərin müəyyənləşdirildiyi diqqətə çatdırıldı. Dövlət başçısı bildirdi ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ticarətlə məhdudlaşmır. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı, emal və bankçılıq kimi çoxsaylı sahələrdə birgə layihələr həyata keçirilir.
Bəyanatın mühüm məqamlarından biri də Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlər oldu. Prezident İlham Əliyev qeyd etdi ki, iki ölkənin qarşılıqlı investisiyaları artıq mühüm nəticələr verməkdədir. Azərbaycan şirkətlərinin Özbəkistanda, Özbəkistan şirkətlərinin isə Azərbaycanda həyata keçirdiyi layihələr iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, ölkələr arasında neft-qaz kəşfiyyatı sahəsində əməkdaşlığın da yeni mərhələyə keçdiyi bildirildi.
Azərbaycan-Özbəkistan münasibətlərində nəqliyyat və tranzit əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Möhtərəm Prezident çıxışında Trans-Xəzər nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsinin vacibliyi vurğulandı. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm rola malik olduğu qeyd edildi. Bu istiqamətdə görüləcək işlər hər iki ölkənin beynəlxalq nəqliyyat və ticarət imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.
Ölkə başcısı çıxışında humanitar və mədəni əlaqələrin də Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm hissəsi olduğunu qeyd etdi. Bu baxımdan Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin Daşkənddə yeni binasının açılması xüsusi əhəmiyyət daşıyır. Həmçinin iki xalqın böyük mütəfəkkirləri Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə layihələrin həyata keçirilməsi mədəni əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.
Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən quruculuq işlərində Özbəkistanın iştirakı da yüksək qiymətləndirildi. Cənab İlham Əliyev Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisinə və Xankəndidə tikiş fabrikinə investisiya yatırmasına toxundu. Bu layihələr iki qardaş ölkə arasındakı həmrəyliyin və qarşılıqlı dəstəyin konkret nümunələri kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin genişlənməsinin strateji əhəmiyyəti də xüsusi vurğulandı. Dövlət başçısı Azərbaycanla Mərkəzi Asiyanın böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi məkan olduğunu bildirdi. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsi ölkəmizin beynəlxalq və regional mövqelərinin daha da möhkəmlənməsinə imkan yaradır.
Beləliklə, 23 avqust 2026-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanda mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər və müəyyənləşdirilən yeni layihələr iki qardaş ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır. Bu səfər Azərbaycan və Özbəkistanın qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37

