Dialoq, həmrəylik, qarşılıqlı hörmət və sülh
21.09.2026 [13:11]
Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Toplantıya müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və ictimai xadimlərin qatılması əlaqələrin daha da möhkəmləndirilməsi baxımından diqqətçəkən hadisədir.
Mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans iştirakçılarını qəbul edən dövlət başçısı bir sıra nüanslara toxunub. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın zəngin tarixi-mədəni irsi Türk və İslam dünyasının ortaq mənəvi xəzinəsinin mühüm hissəsini təşkil edir: “Böyük şəxsiyyətlərin yaradıcılığı Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrin miqyasını nümayiş etdirir. Onların irsi, əsrlər keçməsinə baxmayaraq, bu gün də sülh, insanlıq, mənəviyyat və kamillik kimi ümumbəşəri dəyərlərin təbliğinə xidmət edir”.
Prezident İlham Əliyev TDT-ni birləşdirən amillər sırasında ümumi etnik kökləri, dil və mədəniyyət yaxınlığını xüsusi vurğulayıb. O bildirib ki, bu mənəvi birlik təşkilat daxilində həmrəyliyin möhkəmlənməsinə mühüm təsir göstərir: “Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyəti də ardıcıl xarakter daşıyır. İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi, həmçinin Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bu siyasətin nümunələrindəndir. Həmin Oyunların yalnız idman yarışları deyil, müsəlman ölkələri arasında birlik və həmrəyliyin nümayişi kimi qiymətləndirilməsi dövlətimizin bu istiqamətdə yanaşmasının mahiyyətini ifadə edirdi. Bu xəttin davamı kimi gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də mühüm hadisə olacaq. Dünyada mürəkkəb proseslərin, müxtəlif bölgələrdə qarşıdurmaların davam etdiyi bir mərhələdə müsəlman ölkələrinin yüksək səviyyəli platformada bir araya gəlməsi dialoq və qarşılıqlı anlaşma baxımından əhəmiyyətlidir. Azərbaycan belə platformalarda birləşdirici və əməkdaşlığa yönəlmiş təşəbbüslərin irəli sürülməsini vacib hesab edir”.
Prezident İlham Əliyev çıxışında dini liderlərin məsuliyyəti məsələsinə də toxunub. Qeyd edib ki, dini rəhbərlərin cəmiyyətlərə ünvanladığı mesajlar geniş ictimai təsirə malikdir.
Hazırkı gərgin geosiyasi proseslərin fonunda Bakının bu tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti nümayiş etdirir. Dialoq, həmrəylik, qarşılıqlı hörmət və sülhü özündə tərənnüm edən Bakı toplantısında xüsusi məqam birgə səylərin artırılmasıdır. Bütün bunlar isə təşkilatın bundan sonrakı fəaliyyətinə müsbət təsir göstərəcək.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23

