Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Qürurumuzun Zəfər Salnaməsi və Şəhidlərimizin Əbədi Xatirəsinə Ehtiram

Milli Qürurumuzun Zəfər Salnaməsi və Şəhidlərimizin Əbədi Xatirəsinə Ehtiram

23.09.2026 [16:38]

​27 Sentyabr – Azərbaycanın müasir tarixinə həm böyük kədər, həm də sonsuz qürur günü kimi həkk olunmuş Şərəf Salnaməsidir. dörtdördlük tarixi ədalətin bərpa olunduğu, 30 illik həsrətə son qoyulduğu Vətən müharibəsinin başladığı bu gün, xalqımızın əyilməz ruhunun və milli birliyinin təcəssümünə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin vurğuladığı kimi: "Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib." Dövlət başçımızın bu dərin mənalı sözləri hər bir azərbaycanlının qəlbində böyük ehtiram və qürur hissi oyadır, Zəfərimizin hansı qiymətə baş gəldiyini bir daha xatırladır.

​Tarixə nəzər salsaq görərik ki, otuz il ərzində rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası və xəyalpərəst işğalçılıq xətti Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ən böyük təhdid idi. İşğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin arxasında duran mənfur niyyətlər, davamlı xarakter alan hərbi təxribatlar və sülh danışıqlarını tamamilə iflic etmək cəhdləri müharibəni qaçılmaz etdi. 2020-ci ilin sentyabrında Ermənistan hərbi birləşmələrinin növbəti genişmiqyaslı təxribatına cavab olaraq başlayan "Dəmir Yumruq" əməliyyatı düşmənin uzun illər ərzində formalaşdırdığı mifləri cəmi 44 gün ərzində darmadağın etdi. Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət hərbi dərsliklərə yazıldı, mühəndis-istehkam baxımından keçilməz sayılan müdafiə xətləri darmadağın edildi.

​Bu Zəfər təkcə döyüş meydanında deyil, həm də masada — hərbi-siyasi yolların mükəmməl vəhdəti ilə təmin edildi. Ali Baş Komandanın nümayiş etdirdiyi polad kimi iradə, sarsılmaz diplomatik məharət və iqtisadi-hərbi güc düşməni kapitulasiya aktına imza atmalarından başqa yol buraxmadı. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, regionda keyfiyyətcə yeni reallıqlar yaratdı. Şuşada, Xankəndidə, Laçında və digər azad edilmiş torpaqlarımızda ucaldılan üçrəngli bayrağımız tarixi ədalətin və milli ləyaqətimizin təntənəsidir. Bakıda salınan Hərbi Qənimətlər Parkı isə düşmənin döyüş meydanında necə acınacaqlı məğlubiyyətə uğradığının, ordumuzun texniki və mənəvi üstünlüyünün əyani sübutu və tarixi yaddaş muzeyidir.

​Anım Günü xalqımızın öz qəhrəman övladlarına olan dərin ehtiramının, minnətdarlığının və unudulmaz ehtiramının ifadəsidir. Bütün şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Dövlətimiz tərəfindən şəhid ailelərinə, müharibə əlillərinə və qazilərimizə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq."

​Son olaraq vurğulamaq lazımdır ki, 27 Sentyabr Anım Günü bizə təkcə keçmişin kədərini və Zəfər qürurunu yaşatmır, həm də gələcəyə daha inamla baxmağı, azad olunmuş torpaqlarımızda quruculuq işlərini daha əzmkar davam etdirməyi aşılayır. Qəhrəman şəhidlərimizin qanı və canı bahasına qazanılmış bu Böyük Qələbə əbədi olacaq, Azərbaycan xalqı hər zaman öz Müzəffər Ordusu və Uzaqgörən Lideri ilə fəxr edəcəkdir.

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri 

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30