Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nəsimi rayonunda fəal gənclərlə bayram ərəfəsində səmimi görüş keçirilib

Nəsimi rayonunda fəal gənclərlə bayram ərəfəsində səmimi görüş keçirilib

19.10.2026 [12:15]

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən ictimai-siyasi fəallığı ilə seçilən gənclərlə axşam yeməyi formatında görüş təşkil olunub. Səmimi ünsiyyət şəraitində keçən görüşdə gənclərin partiyanın yerli təşkilatının fəaliyyətindəki rolu, onların ictimai-siyasi proseslərdə iştirakı və milli tərəqqiyə verdikləri töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov gənclərin təşkilatın fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb. O, gənc nəslin ictimai-siyasi həyatda fəallığının, təşəbbüskarlığının və vətənpərvər mövqeyinin əhəmiyyətinə diqqət çəkərək, partiyanın fəaliyyətində yaxından iştirak edən gənclərə göstərdikləri fəallığa və verdikləri töhfələrə görə təşəkkürünü bildirib.

Belə görüşlər gənclərlə qarşılıqlı ünsiyyətin möhkəmləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və ictimai-siyasi fəallıqlarının daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31