Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər
19.10.2026 [12:24]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Azərbaycan və Laos iqtisadi müstəvidə təmasları intensivləşdirmək, ticari mübadilələri artırmaq üçün konkret niyyətini də ifadə edir. Azərbaycan Laos tərəfindən təqdim edilən investisiya layihələrinə maraqla baxır və xarici ölkələrdə, o cümlədən Şərqi-Asiyada genişləndirdiyi sərmayə coğrafiyasına bu ölkəni də daxil etməyi nəzərdə tutur. 2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Laos Prezidenti arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri müzakirə olundu, gələcək əməkdaşlıqla bağlı konkret addımlar müəyyənləşdirildi. Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi bir fikir xüsusilə diqqətimi çəkdi: “Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir”. Məncə, bu fikir qəbul edilən sənədin mahiyyətini aydın şəkildə ifadə edir. Çünki dövlətlər arasında münasibətlərin inkişafı üçün niyyətlərin bəyan edilməsi ilə yanaşı, həmin niyyətləri konkret fəaliyyətə çevirən istiqamətlərin müəyyənləşdirilməsi də vacibdir.
Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Bu müddət ərzində hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirib. Parlamentlərarası əlaqələrin inkişafı, hər iki ölkədə dostluq qruplarının yaradılması, siyasi partiyalar arasında əməkdaşlıq haqqında memorandumun imzalanması münasibətlərin müxtəlif səviyyələrdə inkişaf etdiyini göstərən amillərdəndir. Burada diqqət çəkən əsas məqamlardan biri siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla tamamlanması zərurətidir. Prezident İlham Əliyev də bəyanatında mövcud ticarət dövriyyəsinin ölkələrin potensialını və niyyətlərini tam əks etdirmədiyini bildirib. Bu yanaşma göstərir ki, tərəflər mövcud imkanlarla kifayətlənmək deyil, əlaqələri daha geniş sahələrə yaymaq və qarşılıqlı iqtisadi faydanı artırmaq niyyətindədirlər. Azərbaycan ilə Laos arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ilk növbədə real imkanlar düzgün qiymətləndirilməli, qarşılıqlı maraq doğuran layihələr müəyyənləşdirilməli və işgüzar əlaqələrin qurulmasına şərait yaradılmalıdır. Bakıda keçirilməsi nəzərdə tutulan Laos–Azərbaycan biznes-forumu bu baxımdan əhəmiyyətli addım ola bilər. Belə platformalar sahibkarların bir-birini tanımasına, investisiya imkanları barədə məlumat əldə etməsinə və gələcək tərəfdaşlıqların formalaşmasına kömək edir. Azərbaycanın xarici ölkələrə investisiya yatırmaq təcrübəsi də bu əməkdaşlıq üçün müəyyən imkanlar yaradır. Laos tərəfindən konkret investisiya layihələrinin təqdim olunması Azərbaycan investorlarının həmin layihələri nəzərdən keçirməsinə şərait yarada bilər. Təbii ki, bu prosesdə iqtisadi səmərəlilik, qarşılıqlı maraqlar və uzunmüddətli nəticələr əsas götürülməlidir. Əsas məqsəd yalnız əlaqələrin genişləndirilməsi deyil, bu əlaqələrin hər iki ölkə üçün real fayda verməsidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19

