Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Tərtər rayon təşkilatının Hacıqərvənd ərazi partiya təşkilatında iclas keçirilib

YAP Tərtər rayon təşkilatının Hacıqərvənd ərazi partiya təşkilatında iclas keçirilib

19.10.2026 [12:53]

 Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunları və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrin izahı ilə əlaqədar YAP Tərtər rayon təşkilatının Hacıqərvənd ərazi partiya təşkilatında iclas keçirilib.

   İclasın əvvəlində Yeni Azərbaycan Partiyasının qurucusu , Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxışında qeyd edib ki, VIII Qurultay tarixi əhəmiyyət kəsb edən mötəbər siyasi hadisə olmaqla yanaşı, partiyamızın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. O bildirib ki, Qurultayda qəbul edilmiş qərarlar və dövlət başçısının dərin məzmunlu çıxışında qarşıya qoyduğu vəzifələr hər bir YAP üzvünün üzərinə daha böyük məsuliyyət qoyur. Ərazi təşkilatlarının işinin daha sistemli və ardıcıl qurulmasının, ideoloji-siyasi işin gücləndirilməsinin və hər bir partiya üzvünün öz əmək fəaliyyətində nümunə göstərməsinin vacibliyini xüsusi vurğulayıb.

    Daha sonra çıxış edən ərazi partiya təşkilatının üzvləri Prezident İlham Əliyevin nitqində səsləndirilən çağırışların icrası istiqamətində təbliğat-təşviqat işinin daha da aktivləşdirilməli olduğunu, vətəndaşlarla birbaşa və canlı ünsiyyətin davam etdirilməsinin önəmini qeyd ediblər. Eyni zamanda, hər bir partiya üzvünün ölkədə gedən ictimai-siyasi proseslərdə prinsipial və fəal mövqe nümayiş etdirməsinin zəruri olduğu diqqətə çatdırılıb.

İclasda qarşıda duran vəzifələr müzakirə edilib.

Paylaş:
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31