Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

03.05.2024 [14:16]

Cənubi Koreya hökuməti xaricdəki beş diplomatik nümayəndəliyi üçün terror həyəcanı səviyyəsini yüksəldib.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu barədə qərar hökumətin anti-terror tədbirlərinə dair iclasında qəbul olunub. Xarici İşlər Nazirliyi terror həyəcanı səviyyəsinin yüksəldildiyi diplomatik nümayəndəliklərin Kamboca, Laos və Vyetnamdakı səfirlikləri, habelə Çinin Şenyan və Rusiyanın Vladivostok şəhərlərindəki baş konsulluqları olduğunu açıqlayıb. Terror həyəcanı dördpilləli cədvəl üzrə ikinci səviyyəyə yüksəldilib. Bu, terror hücumu ehtimalının yüksək olması deməkdir.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti ölkənin diplomatlarına və adi vətəndaşlarına Şimali Koreyanın terror hücumu təşkil etmək niyyətini göstərən məlumatlar əldə etdiyini açıqlayıb.

Qeyd edək ki, Seul Şimali Koreyanın bir neçə dəfə Cənubi Koreyaya qarşı terror hücumları törətdiyini iddia edir. 1987-ci ildə Andaman dənizi üzərində uçan Cənubi Koreyaya məxsus sərnişin təyyarəsində əvvəldən quraşdırılmış bombanın partlaması nəticəsində 115 nəfər ölmüşdü. Həmin hücumdan sonra ABŞ Şimali Koreyanı terroru dəstəkləyən ölkələr siyahısına daxil edib.

Paylaş:
Baxılıb: 781 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31