Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq
10.05.2024 [11:44]
Çin Macarıstanda iri infrastruktur layihələrində, o cümlədən Budapeşt ətrafında dəmir yolu dairəsinin və şəhərin mərkəzindən Ferents List Beynəlxalq Hava Limanına qədər yüksəksürətli dəmir yolunun tikintisində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bunu mayın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu ölkənin Baş naziri Viktor Orban və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında aparılmış danışıqların yekunlarına əsasən bildirib.
Tərəflər arasında müxtəlif sahələrdə, o cümlədən investisiyalar üzrə əməkdaşlığa dair 18 sənəd imzalanıb. Macarıstan XİN-in rəhbəri qeyd edib ki, Çinin Şərqlə Qərb arasında əlaqələrin inkişafına yönəlmiş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Budapeşt və Pekin birgə maliyyələşdirmə layihələrinin siyahısını hazırlayıb. Onların arasında Budapeştdən yan keçən dəmir yolu dairəsinin tikintisi də var. Peter Siyartonun sözlərinə görə, bu, Şərqi Macarıstanda Çinin iştirakı ilə tikilmiş fabriklərin məhsullarının Qərbi Avropa ölkələrinə çatdırılmasını asanlaşdıracaq.
Macarıstanlı nazir əlavə edib: “Biz, həmçinin hava limanından Budapeştin mərkəzinə sürətli və rahat gediş-gəlişi təmin edəcək sürətli dəmir yolu xəttinin tikintisi üçün hazırlıqlara başlayırıq”. O xatırladıb ki, birbaşa uçuşlar Budapeşti artıq Çinin yeddi şəhəri ilə birləşdirəcək və bu, Çindən turist axınının artmasına kömək edəcək.
Bundan əlavə, çinli investorlar Macarıstanda elektromobillər üçün enerji doldurma stansiyaları şəbəkəsinin yaradılmasında və Serbiya ilə sərhəddə sərhəd və gömrük-keçid məntəqəsinin modernləşdirilməsində iştirak edəcəklər. Onlar, həmçinin Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisi layihəsinə qoşulmaq imkanlarını araşdıracaqlar. Çinin kapital qoyuluşlarının köməyi ilə son illərdə Budapeşt ilə Belqrad arasında sürətli dəmir yolunun tikintisi davam etdirilir. Çinin Macarıstan iqtisadiyyatına investisiyaları hazırda 16 milyard avronu ötüb.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

