Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rumıniyada süd zavodunun 4 işçisi çənə düşərək ölüb

Rumıniyada süd zavodunun 4 işçisi çənə düşərək ölüb

24.06.2024 [11:38]

Rumıniyanın İbeneşt şəhərindəki süd zavodunda 4 nəfər çökdürmə çəninə düşərək ölüb. 

Rumınıya mediası xəbər verir ki, hadisə yerinə gələn 5 xilasetmə qrupu müəssisənin inzibatçısının, direktorunun və iki fəhlənin çökdürmə çəninə düşdüyünü müəyyən edib. Yaşları 47-56 arasında olan dörd nəfər yanğınsöndürənlər tərəfindən çıxarılaraq tibbi briqadalara təhvil verilib.

Zavodun inzibatçısı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Zavod direktorunu helikopterlə Yassıdakı xəstəxanaya göndərmək qərara alınıb, lakin o da ölüb. 

Polis hadisənin səbəblərini aydınlaşdırmaq üçün yoxlamalara başlayıb.

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31