2013-cü ildə Ermənistandan birdəfəlik qaçanların sayı artacaq
24.10.2012 [00:59]
Ermənistanda mövcud olan sosial-iqtisadi böhran səbəbindən miqrasiyanın səviyyəsi artmaqda davam edir. Məlum olduğu kimi, Ermənistanda əhalinin böyk əksəriyyəti yoxsulluq içərisində yaşayır. Ölkədə orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu sadəcə xarici yardımlardan asılıdır. İşğalçı ölkədə baş alıb gedən korrupsiya, iqtisadi tənəzzül, həyat səviyyəsinin getdikcə pisləşməsi erməniləri vətənlərini tərk etməyə və xarici ölkələrdə məskunlaşmağa məcbur edir. Miqrasiya prosesinin indiki templə davam edəcəyi təqdirdə Ermənistanın əhalisiz ölkəyə çevriləcəyi erməni sosioloqlarının özləri tərəfindən də açıq etiraf olunur.
Məsələn, erməni ekspert Qraçya Qalustyan yerli mətbuatda dərc olunan son məqaləsində yazır ki, gələn il ağır yaşam şəraitinə görə ölkəni tərk edənlərin sayı daha da artacaq: “Bizi inandırmağa çalışırlar ki, guya bir çox ölkələrlə müqayisədə Ermənistanda vəziyyət yaxşıdır. Hakim klan bizi inandırmağa çalışır ki, ideal dövlət yoxdur, Avropada hər gün aksiyalar keçirilir, Rusiyada böyük şəhərləri çıxmaq şərtilə vəziyyət qorxuludur. Vəziyyət rəqəmlərdə daha gözəl əksini tapıb: ilin geridə qalan 9 ayı ərzində bütün nəqliyyat növləri üzrə ölkəni tərk etmiş və geri qayıtmamış vətəndaşların sayı 97 min nəfər olub. Bu, Ermənistan Miqrasiya Xidmətinin yaydığı məlumatdır. Reallıqda hamıya bəllidir ki, bu rəqəmləri kiçildib səsləndirirlər. Deməli, ilin 9 ayı ərzində ölkəni tərk edənlərin sayı 100 mindən çoxdur. Lap yaxın zamanda biz bunun belə olduğunun şahidi olacağıq”.
Erməni eksperti məlum məqaləsində yazır ki, hakim kriminal-oliqarx rejim insanların həyat səviyyəsinin pisləşməsi hesabına öz həyatını daha da yaxşılaşdırmaq siyasətindən əl çəkmək fikrində deyil. Oskanyan və Çarukyanın məsələsinə münasibət bildirən Qraçya Qalustyanın sözlərinə görə, baş verənlər onu göstərir ki, hakim klan yad adamları öz sıralarına buraxmaq niyyətində deyil: “Bizi yenə də əks fikrə qarşı dözümsüzlük, rüşvət və təhdidlər, seçkilərin saxtalaşdırılmasının davam etməsi gözləyir. Hakimiyyətin zorla qəsb edilmiş klanın əlində olduğu doğma vətəni tərk etmək üçün vətəndaşların bir sıra səbəbləri var. Bu isə onu göstərir ki, 2013-cü ildə Ermənistandan birdəfəlik qaçanların sayı dayanmayacaq, əksinə bir qədər də artacaq. Bunu rəsmi rəqəmlər təsdiqləyir. Buna nə ad vermək olar? Günahı ölkəni idarə edən kriminal-oliqarx rejimdə olan milli faciə. Bu, erməni xalqının, vətəndaşlarının maraqlarını satmaqdır. Onları tarixin qaranlıqlarına göndərməyincə, Ermənstanda yaxşılığa doğru heç nə dəyişməyəcək. Özləri getmək istəmirlər. Var gücləri ilə hakimiyyətdən yapışıb və mane olanları məhv edirlər. Onlar öz xalqına yalan danışmaqda davam edəcək, sonra da həmişə oduğu kimi vədlərini yaddan çıxararaq vətəndaşlar üçün elə həyat şəraiti yaradacaqlar ki, onların doğma vətəndə yaşadıqları cəhənnəmdən qaçıb qurtarmaqdan başqa çıxış yolu qalmayacaq”.
Qraçya Qalustyan onu da əlavə edib ki, elə həmin Miqrasiya Xidmətinin yaydığı məlumata görə, ötən il ölkəni tərk edib bir daha geri qayıtmayanların sayı 44 min nəfər təşkil edib.
SEVİNC
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17

