Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Nazir: İranın hücumu zamanı Britaniya hərbçiləri İsrailə dəstək verib

Nazir: İranın hücumu zamanı Britaniya hərbçiləri İsrailə dəstək verib

02.10.2024 [23:18]

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, Britaniya qüvvələri İranın raket hücumları zamanı İsrailə dəstək verib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Britaniya qüvvələri Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün öz töhfələrini verib. Nazir əməliyyatda iştirak edən bütün Britaniya personalına göstərdikləri şücaət və peşəkarlıq üçün təşəkkür edib. Lakin nazir təfərrüatı açıqlamayıb.

Yeri gəlmişkən, Con Hili Kiprə səfər edib. Səfər çərçivəsində onun Livandan Britaniya vətəndaşlarının təxliyəsinə hazırlaşan Britaniya hərbçiləri ilə görüşü planlaşdırılır.

Livanda olan Britaniya vətəndaşlarına hökumətin saytında qeydiyyatdan keçmələri tövsiyə edilib və bu gün üçün Beyrutdan Böyük Britaniyaya çarter reysi planlaşdırılıb.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30