Bu gün Vaşinqtonda Trampın andiçmə mərasimi keçiriləcək
20.01.2025 [10:31]
Bu gün paytaxt Vaşinqtonda ABŞ-ın yeni seçilmiş Prezident Donald Trampın inauqurasiya mərasimi keçiriləcək. AZƏRTAC xəbər verir ki, 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq. Tədbirin daha əvvəl Kapitol binasının qərb həyətində baş tutması planlaşdırılsa da, Vaşinqtonda hökm sürən kəskin soyuq hava şəraiti ilə əlaqədar Kapitol binasının rotundasına keçirilməsi qərara alınıb.
Andiçmə mərasimi ilə ABŞ-da rəsmi olaraq idarəçilik Bayden administrasiyasından Tramp administrasiyasına keçir.
Kapitol binasında təhlükəsizlik xidməti saat 5:30-dan fəaliyyət göstərəcək, saat 9:30-dan etibarən musiqi səsləndiriləcək. Mərasim yeni seçilmiş vitse-prezident Ceyms Devid Vens və yeni seçilmiş Prezident Donald Trampın andiçməsi ilə başlayacaq.
Andiçmədən sonra Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi baş tutacaq. Daha sonra Kapitoldakı Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi keçiriləcək. Ardınca Tramp Konqresin İnauqurasiya Mərasimləri üzrə Birgə Komitəsinin təşkil etdiyi naharda iştirak edəcək və daha sonra Vaşinqtonun mərkəzindəki “Capital One Arena”da baş tutacaq prezident paradını izləyəcək. Gün Ağ Evdə Oval Ofisdə imzalanma mərasimi ilə yekunlaşacaq.
İnauqurasiya mərasimində ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton da qatılacaq. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, Elon Musk və Ceff Bezos da mərasimi ön sıradan izləyənlər arasında olacaq.
Yanvarın 20-si ABŞ-da Martin Lüter Kinq Günü olduğundan qeyri-iş günüdür.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17

