Qərbin “polis demokratiyası”...
13.06.2013 [01:00]
Londonda şiddətli polis-vətəndaş qarşıdurması qeydə alınıb
Avropanın bir çox ölkəsində başlanan sosial etiraz dalğaları daha da kəskinləşməkdədir. Müxtəlif ziddiyyətlərlə müşayiət olunan etiraz dalğaları çərçivəsində asayiş qoruyucuları ilə vətəndaşlar arasında kəskin qarşıdurmalar baş verməkdə və ciddi tələfatlar qeydə alınmaqdadır. Bu kontekstdə son olaraq Böyük Britaniyanın paytaxtı London şəhərində baş verən konftantasiyada ciddi polis zorakılığı müşahidə edilib və dinc etirazçıların bir qismi müxtəlif xarakterli xəsarətlər alıblar. Sosial etirazın əsasını təşkil edən motiv isə nümayişçilərin hökumətdən və ölkələrində fəaliyyət göstərən transmilli şirkətlərdən narazılığı təşkil edir.
Məlum olduğu kimi, iyun ayının 17-18-də Şimali İrlandiyada G-8-in toplantısı keçiriləcək. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkələrin toplantısı bir sıra ölkələrdə sosial qruplar tərəfindən heç də birmənalı qarşılanmır. O ölkələrdə daha çox etirazlar müşahidə edilir ki, orada vətəndaşlar hökumətdən və mövcud iqtisadi sistemdən, həyata keçirilən iqtisadi siyasətdən narazıdırlar. Məhz bu gün Böyük Britaniyada da G-8-in növbəti toplantısı bir qrup yerli əhali tərəfindən narazılıqla qarşılanır və bu narazılıq özünü nümayiş, etiraz dalğaları formasında büruzə verir. Bu kontekstdə son olaraq Londonun mərkəzi meydanında “G-8-ə stop!” şüarı ilə keçirilən etiraz aksiyası mövcud iqtisadi sistemə və siyasətə qarşı kəskin fikirlərin səsləndirilməsi ilə müşayiət olunub. Asayiş qoruyucuları nümayişçilərə sərt müdaxilə edib və 32 nəfər saxlanılıb.
Qeyd etmək lazımdır ki, polis zorakılığı öz növbəsində bir sıra gerçəkliklərdən xəbər verib. Məhz bu hal ona dəlalət edir ki, hər hansı bir ölkədə qanunlara müvafiq olaraq ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri, eyni zamanda, qanunamüvafiq halları ciddi tənqid və qınaq obyektinə çevirən Avropanın özündə insan hüquqları kobud surətdə pozulur, dini-etnik və ictimai zəmində diskriminasiya hallarının sayı durmadan artır. Bəhs olunan ölkədə polis zorakılığı ilə müşayiət olunan dağıdıcı proseslər cəmiyyətin hər bir təbəqəsinin nümayəndələrinə sirayət etməkdədir.
Beləliklə, bütün bu olaylar bütövlükdə Avropanın imicinə zərbə kimi çıxış edir. Dolayısıyla buradan belə bir nəticə çıxarmaq olur ki, beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi arxasında çıxış edən bəzi Qərb ölkələri müxtəlif dövlətlərə qarşı təzyiq mexanizmindən istifadə edirlər. Məhz bu cür fəaliyyətin əsasında duran strateji məqsəd isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Bu isə ona dəlalət edir ki, konkret geostrateji maraqlar kontekstində çıxış edən bu cür ölkələr nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də, milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

