“Putin regionda ilk səfərini Rusiya üçün maraqlı ölkəyə etdi”
17.08.2013 [13:35]
Rəsmi Moskvanın son vaxtlar atdığı addımlar erməniləri ciddi təşvişə salıb
Ermənistanda son günlərdə müşahidə olunan bahalaşma ictimaiyyətdə böyük narazılığa səbəb olmaqdadır. Məlum olduğu kimi, əhaliyə satılan təbii qazın qiymətinin artmasından sonra digər sahələrdə də analoji halın yaşanacağına dair verilən proqnozlar özünü doğrultmaqdadır. Hər gün artan bahalaşma, əksər müəssisələrdə çalışan vətəndaşların maaşlarının vaxtında ödənilməməsi və s. kimi amillər aclıq probleminin yaranmasına gətirib çıxarıb.
Faktlar isə deməyə əsas verir ki, Ermənistanda vəziyyət artıq çıxılmaz həddə çatıb. Belə ki, ötən il və 2013-cü ilin birinci yarım ili ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, hər hansı bir sosial konsepsiya həyata keçirilməyib, əksinə miqrasiya, yoxsulluq artıb, sosial-iqtisadi vəziyyət “müstəqillik” tarixində görünməmiş dərəcədə pisləşib, kriminal vəziyyət dözülməz həddə çatıb.
Ermənistan mətbuatının məlumatına görə, işğalçı ölkənin əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşayır. Bu rəqəm keçən il artaraq 53 faizədək yüksəlib. Ermənistanda sabit gəliri olmayan 160 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayılırlar.
Təbii ki, işğalçı ölkədən miqrasiyanın kütləvi hal almasının səbəbi də insanların sosial-iqtisadi çətinliklərdən təngə gəlməsi, Ermənistanın gələcəyinə ümidin olmamasıdır. Ermənistan iqtisadiyyatı bütünlüklə bu və digər formada erməni lobbisinin yardımlarından asılıdır. Lakin daha çox humanitar sektora yönəldilən bu yardımlar Ermənistan iqtisadiyyatı üçün uzunmüddətli dayanıqlıq təmin edə bilməz. Ermənistan iqtisadiyyatının ən ciddi problemlərindən biri xarici borcların yüksək olmasıdır. Bu gün Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır.
Belə bir çətin dövrdə, Ermənistana göstərilən maddi və mənəvi yardımlar azalmaqda davam edir. Xüsusilə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin avqustun 13-də Bakıya rəsmi səfəri erməniləri ciddi təşvişə salıb. Məsələn, Ermənistanda nəşr olunan “Lragir” qəzetində dərc olunan Vladimir Putinin prezident kürsüsünə qayıtdıqdan sonra bölgədə ilk səfərini Azərbaycana etməsinə dair yazı deyilənləri sübut edir. Məqalədə deyilir ki, Vladimir Putin ilk regional səfərini strateji müttəfiqi olan ölkəyə yox, Azərbaycana etdi. Qəzet yazır ki, Vladimir Putinin “səbəbi” regiondakı yeni reallıqlardan və Rusiyanın yeni statusundan xəbər verir: “Rusiya prezidenti Azərbaycana enerji, iqtisadi və siyasi maraqlar səbəbindən getdi”.
Materialda o da vurğulanır ki, rəsmi Moskvanın son vaxtlar atdığı addımlar Ermənistanda mənfi əks-səda doğurub: “Ermənistanda Rusiyaya qarşı münasibət hələ müsbət olsa da, tendensiyalar ondan xəbər verir ki, yaxın illərdə bu balans dəyişə bilər. Çünki Moskvanın siyasəti Ermənistan üçün çoxlu problem - risklər və çağırışlar yaradır”.
Qəzet yazır ki, Ermənistanın narazılığına baxmayaraq, Moskva Ermənistan üçün məqbul hesab edilməyən mövcud siyasətini davam etdirməkdədir.
“Lragir” qəzeti hesab edir ki, Azərbaycanla münasibətləri daha da sıxlaşdıran Rusiya Ermənistanın Avropa ilə əlaqələrinə mane ola bilməz. Çünki strateji münasibətlərdən de-fakto imtina edən Rusiya onları yalnız de-yure saxlayır və bundan manipulyasiya üçün istifadə edir.
Qəzet, həmçinin, yazır ki, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi fonunda Ermənistan özünün siyasi-iqtisadi təhlükəsizliyini diversifikasiya etməli, eləcə də, hərbi təminatlar axtarmalıdır.
Ermənistandakı müxtəlif dairələr isə hesab edir ki, Rusiyanın Azərbaycana doğru addım atmasında səbəb Ermənistanın Avropa yolunu tutmasıdır.
Qeyd edək ki, erməni politoloq Aqasi Yenokyan bildirib ki, Ermənistan rəhbərliyinə mümkün daxili təzyiq imkanlarını itirən Rusiya xarici rıçaqlardan yararlanır: “Ermənistan üçün qazın qiymətini qaldırır, Azərbaycana silah satışı ətrafında səs-küyü artırır, Ermənistan vətəndaşlarını Rusiyadan deportasiya edir”.
Başqa sözlə, Rusiya Ermənistanla münasibətlərdə “qamçı” nümayiş etdirməyə başlayıb. Onun sözlərinə görə, ermənilərin Rusiyadan deportasiya edilməsi Avropa İttifaqı ilə Assosiasiya haqqında Sazişin qarşıdan gələn paraflanması ərəfəsində təzyiq vasitəsidir.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

