Rusiya ilə münasibətləri soyuyan Ermənistanın iqtisadiyyatı iflic vəziyyətinə düşüb
20.08.2013 [08:58]
Avrasiya İttifaqı və Assosiativ Saziş arasında seçim qarşısında qalan Ermənistanın yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğalından əl çəkib, regional əməkdaşlığa qoşulmaqdır
Məlum olduğu kimi, bu il Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırması, bu yaxınlarda isə Prezident Vladimir Putinin Azərbaycana səfər etməsi Ermənistanda bu ölkəyə qarşı narazılıqları daha da artırıb. Yeri gəlmişkən, son vaxtlara qədər sıx siyasi, hərbi, iqtisadi əlaqələrə malik olan bu 2 dövlət arasında münasibətləri gərginləşdirən ilk addımlardan biri rəsmi Moskvanın irəli sürdüyü Avrasiya İttifaqı (Aİ) və Gömrük Birliyi təşəbbüsünə Ermənistanın maraq göstərməməsi, əvəzində isə Avropa İttifaqı ilə əlaqələri genişləndirməyə can atmasıdır. Məlumatlara görə, Ermənistan 2013-cü ilin sonunadək Aİ ilə Assosiativ Saziş imzalaya bilər.
Rusiya-Ermənistan münasibətlərində yaranan soyuqluq artıq bir neçə aydır ki, işğalçı ölkənin iqtisadiyyatında özünü daha aydın hiss etdirir. Belə ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətini 67 faiz artırmasından sonra iyulun 7-dən başlayaraq işğalçı ölkədə əhaliyə satılan bir kubmetr qazın qiyməti 132 dramdan 156 drama, elektrik enerjisinin dəyəri isə 20 dramdan 30 drama yüksəlib. Qazın və elektrikin qiymətinin ictimai rəy nəzərə alınmadan artırılmasına etiraz olaraq, Ermənistanda bir qrup fəal artıq 3-cü dəfə Apelyasiya Məhkəməsinə şikayət ediblər. Əvvəlki 2 şikayəti məhkəmə tərəfindən qəbul edilməyən fəallar sonuncu müraciətin də eyni aqibətlə üzləşəcəyi təqdirdə, özlərinin “ictimai məhkəmələrini” quracaqlarını bəyan ediblər.
Qazın və elektrik enerjisinin bahalaşması əhaliyə birbaşa maddi ziyan vurduğu kimi, dolayı yolla da mənfi təsir göstərir. Çünki əsas enerji daşıyıcılarının bahalaşması onlardan istifadə edən istixanalarda, fabriklərdə istehsal olunan məhsulların da qiymətini artıracaq. Nəticədə, Ermənistan əhalisi nəinki qazı və elektriki, ərzaq məhsulları başda olmaqla, bir çox istehlak mallarını da baha qiymətə almalı olacaq. Nəticədə, bahalı yerli məhsulun nisbətən ucuz xarici məhsulla rəqabət aparması çətinləşir ki, bu da Ermənistanda yerli istehsalın və iş yerlərinin daha da azalmasına gətirib çıxara bilər. İqtisadiyyatı böhran içərisində olan bir ölkə üçün bu, istehsalın tam iflası deməkdir.
Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətini beynəlxalq qurumların rəyləri də təsdiq edir. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun rəsmi saytında verilən açıqlamaya görə, Ermənistanın iqtisadiyyatı 2008-2009-cu illərin qlobal iqtisadi böhranın sonra hələ də “özünə gəlməyib”. Ermənistanın keçmiş baş naziri, hazırda Erməni Milli Konqresi fraksiyasından olan deputat Qrant Baqratyanın sözlərinə əsasən, Ermənistanın iqtisadiyyatı son illərdə “yerində sayıb”, hökumətin iqtisadi artımla bağlı səsləndirdiyi stastistik rəqəmlər isə həqiqətdən uzaqdır. Baqratyana görə, Ermənistanda ÜDM 2008-ci ildə 11,7 milyard dollardan 2012-ci ildə 9,9 milyard dollaradək azalıb. Bu səbəbdən də, ölkəni son 4 dildə 320 min insanın tərk etməsi təəccüblü deyil. Keçmiş baş nazir əhalinin ölkədən getməsinin “faydasına” da toxunub: “Son nəticədə, emiqrasiyanın hesabına hökumət adambaşına düşən ÜDM-in həcmini artıra biləcək. Gülməli də olsa, bu, belədir”.
Vəziyyətdən çıxış yolu kimi, Ermənistanın Avropa İttifaqı ilə daha sıx əlaqələrə can atmasının da gözlənilən nəticəni verib-verməyəcəyi bəlli deyil. Erməni ekspertlər Assosiativ Sazişdən doğacaq iqtisadi yaxınlığın Ermənistan iqtisadiyyatını daha çətin duruma salacağından narahatdırlar. Çünki Avropa məhsullarının Ermənistan bazarlarına kütləvi axını daha keyfiyyətli və ucuz xarici məhsulla rəqabət aparmaq gücündə olmayan yerli istehsalı məhv edə bilər.
Beləliklə, Ermənistan bu gün Rusiyayönlü inkişafı nəzərdə tutan Avrasiya İttifaqı və Gömrük Birliyi ilə Avropayönümlü Assosiativ Saziş arasında seçim qarşısında qalıb. Bu 2 yol arasındakı prinsipial fərqlər Ermənistanın hər ikisini eyni vaxtda seçməsinə imkan vermir. Eyni zamanda, böhranlı vəziyyətdən çıxmaq üçün Ermənistanın xarici siyasi, iqtisadi kursunda dəyişiklik cəhdi bu ölkə üçün yeni, daha ciddi problemlər çıxarmaqdadır. Əslində isə, Ermənistan üçün uğurlu inkişafın bir yolu var: o da Cənubi Qafqaz regionunda siyasi, iqtisadi, mədəni əməkdaşlığa qoşulmaq, ondan faydalanmaqdır. Lakin hələ ki, Ermənistan Azərbaycana qarşı işğalçı siyasətini davam etdirməklə özünü bu imkandan məhrum edir. Tam əminliklə demək olar ki, regional tərəfdaşlıqdan kənarda qaldığı müddətdə Ermənistanın bir dövlət kimi məhv olmaqdan qurtuluş cəhdləri heç bir fayda verməyəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

