Makron: Aİ “tənzimləmə bazarı”na çevrilməmək üçün ortaq Avropa borcuna ehtiyac duyur
12.02.2026 [13:20]
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) qlobal rəqabətdə geri qalmaması üçün ortaq Avropa borc mexanizminin yaradılması təşəbbüsünü yenidən gündəmə gətirib. O hesab edir ki, ABŞ və Çinlə rəqabət qabiliyyətini qorumağın yeganə yolu strateji investisiyalar üçün ümumi borclanma mexanizminə keçməkdir.
AZƏRTAC xəbər verir ki, Belçikanın Antverpen şəhərində keçirilən Avropa Sənaye Sammitində çıxış edən dövlət başçısı Avropa ölkələrinin birgə maliyyə alətindən istifadə etməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müdafiə və kosmik təhlükəsizlik, təmiz texnologiyalar, süni intellekt və kvant texnologiyaları kimi sahələrdə kifayət qədər investisiya yatırmaq üçün ortaq borc emissiyası qaçılmazdır.
“Əgər biz müdafiə və kosmik təhlükəsizlik, təmiz texnologiyalar, süni intellekt və kvant sahələrinə yetərli sərmayə qoymaq, məhsuldarlığımızı və rəqabət qabiliyyətimizi artırmaq istəyiriksə, yeganə həll yolu ümumi borc buraxılışıdır”, – deyə Makron sənaye nümayəndələri qarşısında bildirib.
Prezident sosial media platforması X-də paylaşdığı mesajda daha sərt xəbərdarlıq edib: “Əgər Avropa uyğunlaşmasa və strateji müstəqilliyini sürətləndirməsə, rəqiblərinin tənzimləmə bazarına çevriləcək”. Onun fikrincə, bu ssenarinin qarşısını almaq üçün Aİ daxili bazarını daha çevik və vahid etməli, sənaye üçün mövcud qaydaları sadələşdirməlidir.
Makron, həmçinin Avropanın dəyər zəncirlərini qorumaq üçün tərəfdaşlıqları şaxələndirməyə və “Avropada istehsal” prinsipini gücləndirməyə çağırıb. O, “Avropa üstünlüyü” yanaşmasının strateji sektorlarda açıq şəkildə tətbiq olunmasının vacibliyini vurğulayıb.
Fransa lideri gələcəyin gücünü müəyyən edəcək sahələrə – kvant texnologiyaları, süni intellekt, yaşıl texnologiyalar və müdafiə sənayesinə – birlikdə və genişmiqyaslı sərmayə qoyulmasının zəruri olduğunu qeyd edib. “Daha sürətli. Daha güclü. Daha avropalı”, – deyə Emmanuel Makron çıxışını yekunlaşdırıb.
Makron uzun illərdir Aİ-nin strateji muxtariyyətinin gücləndirilməsini və beynəlxalq rəqabət fonunda əsas sənaye və texnoloji sahələrin ortaq maliyyələşdirilməsini müdafiə edir. Onun fikrincə, qlobal iqtisadi balansın dəyişdiyi bir dövrdə Avropa yalnız birlik və ortaq maliyyə alətləri vasitəsilə öz mövqeyini qoruya bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

