Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp NATO sammitində müdafiə xərclərinin artırılmasının vacibliyini vurğulayacaq

Tramp NATO sammitində müdafiə xərclərinin artırılmasının vacibliyini vurğulayacaq

06.07.2026 [11:53]

ABŞ Prezidenti Donald Tramp iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində alyansa üzv ölkələri müdafiə xərclərini artırmağa çağıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, sammitə iyulun 7-də qatılacaq ABŞ Prezidenti NATO müttəfiqlərinə müdafiə xərclərinin artırılmasının vacibliyini bir daha çatdıracaq.

Ağ Ev rəsmisi bildirib ki, Donald Tramp sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək. ABŞ Prezidenti, həmçinin sammitin yekunlarına dair mətbuat konfransı keçirəcək.

Bundan əlavə, sammit zamanı milyardlarla dollar dəyərində hərbi müqavilələrin elan ediləcəyi gözlənilir. Lakin bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31