Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

12.10.2026 [20:55]

Qazaxıstan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının mülki infrastrukturuna edilən hücumlarla əlaqədar bu ölkədə olan vətəndaşlarını ehtiyat tədbirlərini gücləndirməyə çağırıb.

AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, vətəndaşlara yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, insanların kütləvi toplaşdığı yerlərdən və yüksəkriskli obyektlərdən uzaq durmaq tövsiyə olunur.

Nazirlik, həmçinin zəruri hallar istisna olmaqla, hava limanlarına getməkdən çəkinməyi, uçuşların statusunu əvvəlcədən aviaşirkətlərlə dəqiqləşdirməyi və mümkün olduqda vacib olmayan səfərləri təxirə salmağı məsləhət görür.

Fövqəladə hallar baş verdikdə Qazaxıstan vətəndaşlarına ölkənin Ər-Riyad və Ciddə şəhərlərindəki diplomatik nümayəndəliklərinə müraciət etmək tövsiyə olunub.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31