Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

12.10.2026 [23:14]

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində 10-dan çox ölü suiti aşkarlanıb. Heyvanların ölüm səbəbləri hələlik məlum deyil.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, suitilərin cəsədlərini Aktau şəhərinin sakini Bautino kəndi yaxınlığında aşkar edib. Onun sözlərinə görə, ölü suitilər sahilboyu təxminən 2,5-3 kilometrlik ərazidə olub.

Qadın aşkar etdiyi ölü suitilərin fotolarını yerli nəşrə göndərib.

Qeyd edək ki, Qazaxıstanın Xəzər sahillərində əvvəllər də oxşar hallar qeydə alınıb. Bu ilin yazında həmin ərazidə yüzlərlə ölü suiti aşkarlanmışdı. 

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31