Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

12.10.2026 [23:14]

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının İcra hakimiyyəti aparatı ərazi partiya təşkilatında Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda qurultay nümayəndələri - YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və ƏPT sədri Malik Ələsgərov çıxış ediblər.
Natiqlər Prezident İlham Əliyevin qurultayda strateji hədəflər, milli həmrəyliyin qorunması, dövlətçilik prinsiplərinə sədaqət və partiyanın qarşıdakı dövr üçün vəzifələri ilə bağlı vurğuladığı fikirlərin əhəmiyyətini diqqətə çatdırıblar.
Yığıncaqda, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz uğurlar, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra regionda yaranmış yeni reallıqlar, eləcə də partiya üzvlərinin üzərinə düşən məsuliyyət barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31