Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təranə Muradova: Məktəb ilk növbədə, elm və bilik məkanıdır

Təranə Muradova: Məktəb ilk növbədə, elm və bilik məkanıdır

12.10.2026 [20:31]

“Azərbaycan dünyəvi dövlətdir və bu, Konstitusiyamızda da öz əksini tapıb. Biz müxtəlif dinlərə və inanclara hörmətlə yanaşan tolerant bir ölkədə yaşayırıq. Hesab edirəm ki, bu, bizim cəmiyyətimizin gözəl xüsusiyyətlərindən biridir”. Bu fikirləri yeniazerbaycan.com saytına açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova deyib.

O bildirib ki, hər kəsin öz düşüncəsi, öz seçimi var və bir-birimizə hörmətlə yanaşmalıyıq. “Mənim üçün ən vacib məsələ uşaqlarımızın gələcəyidir. Məktəb isə ilk növbədə elm və bilik məkanıdır. Uşaqlarımız burada savad almalı, dünyagörüşlərini genişləndirməli, gələcəkdə öz yollarını seçə biləcək səviyyədə yetişməlidirlər. Vahid məktəbli geyiminə gəlincə, düşünürəm ki, hər məktəbin öz geyim qaydasının olması səliqə-sahmanın və məktəb mühitinin formalaşmasına kömək edir” – deyən T.Muradova əlavə edib ki, uşaq məktəbə gedərkən onun əsas məqsədinin oxumaq, öyrənmək və öz üzərində işləmək olduğunu dərk etməlidir.

“Amma mən istəməzdim ki, bu məsələ insanlar arasında dini mübahisəyə çevrilsin. Bizim üçün əsas olan kiminsə necə geyinməsi üzərindən mübahisə etmək deyil, uşaqlarımızın təhsilinə və tərbiyəsinə diqqət yetirməkdir. Xüsusilə qızlarımızın təhsil alması, savadlı olması, gələcəkdə öz peşəsini seçməsi və həyatda öz yerini tapması çox vacibdir. Biz böyüklər çalışmalıyıq ki, uşaqlarımıza həm milli dəyərlərimizi aşılayaq, həm də müasir biliklər qazanmalarına şərait yaradaq. Məncə, ən böyük məsuliyyətimiz budur: uşaqlarımızı bir-birinə hörmət edən, savadlı, tərbiyəli və gələcəyə inamla baxan insanlar kimi yetişdirmək”, - deyə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru vurğulayıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31