Avropa Şurasında Ermənistanın mafiya qaydaları ilə idarə olunduğu bəyan edilib
09.04.2014 [09:17]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə qurumun insan haqları komissarı Nils Muiznieks hesabat məruzəsi ilə çıxış edib. Daha sonra komissar bir sıra Avropa ölkələrindən olan deputatların insan haqları ilə bağlı qaldırdığı aktual sualları cavablandırıb.
İnsan haqları komissarı N.Muiznieksə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da sual verib. Ermənistanda insan haqlarının kütləvi şəkildə pozulduğunu söyləyən R.Hüseynov komissardan soruşub: “Bir dövlətin başqa bir dövlətin ərazilərini zəbt etməsi pis hadisədir. Amma bu cür işğalçı təbiətli bir dövlətin həm də öz xalqını işğal etməsi ikiqat dəhşətlidir. Ermənistan dövləti son 20 ildən artıq müddətdə yalnız Azərbaycana qarşı deyil, həm də öz xalqının əleyhinə təcavüz siyasəti aparır. Nəticə də ondan ibarətdir ki, Ermənistan faktiki olaraq müstəqilliyini itirmiş, kənardan idarə olunan forposta çevrilmişdir. Beynəlxalq təşkilatlardan illərdən bəri real kömək görə bilməyən Azərbaycan öz problemini özü həll edəcəkdir və bunun üçün artıq kifayət qədər imkanları vardır. Lakin məni narahat edən köhnə qonşumuz, öz dövlətinin apardığı cinayətkar siyasətin girovuna çevrilmiş erməni xalqının çətin taleyidir.
Sizdən soruşmaq istərdim - ölkəni mafiya qaydaları ilə idarə edənlər tərəfindən müstəqil olmaq haqqı əlindən alınan yüz minlərlə erməni vətəndaşının hüquqlarını qorumaq üçün hansı konkret addımlar atılmasını mümkün hesab edirsiniz?”
Avropa Şurası insan haqları komissarı Rafael Hüseynovun sualının cavabında bildirib ki, bu sorğu daha əvvəl Ermənistandakı vəziyyətlə əlaqədar bəyanat səciyyəsi daşıyır. O, əlavə edib ki, Ermənistana səfəri planlaşdırılır və bu səfər əsnasında insan haqları ilə əlaqədar böyük problemlər dairəsini təfərrüatlı şəkildə araşdırmaq niyyətindədir. Komissarın qənaətincə, üzv ölkələrin hər biri Avropa Şurasının təqdir etdiyi dəyərlərə sadiq olmalı və onları ardıcıl şəkildə həyata keçirməlidir.
Xəbər lenti
Hamısına baxElm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27

