Almaniyadan müsəlman miqrantlar qarşısında tələb: Dininizi dəyişin!
12.09.2015 [11:30]
Analitiklərin fikrincə, Merkelin rəhbərliyi ilə Almaniya insanlıqdan uzaq bir idarəçiliyə keçib
Son günlər Suriyadan olan qaçqınların sığınacaq tapmaq üçün Avropa İttifaqı (Aİ) ölkələrinə üz tutmaları dünya mediasının ən aktual mövzularındandır. Rəsmi statistikaya görə, 2015-ci ilin əvvəlindən indiyədək Aİ ölkələrinə 340 mindən artıq miqrant gəlib.
Analitiklərin sözlərinə görə, hazırda Aİ ölkələrindəki qaçaq miqrantların vəziyyəti İkinci Dünya müharibəsindən bəri ən böhranlı həddə çatıb. Məhz bu səbəbdəndir ki, bu günlərdə Almaniya, Fransa və Böyük Britaniyanın daxili işlər, eləcə də Avropa İttifaqı ölkələrinin ədliyyə nazirləri təcili toplaşaraq üzdə də olsa, artan miqrasiya böhranını çözməyə səy göstərdilər.
Miqrant böhranına səbəb ABŞ-dır
“Qərb, ABŞ başda olmaqla, bütöv bir regionda qeyri-sabitlik yaradaraq, terrorçu qrupların əmələ gəlməsinə rəvac verməklə sonradan onları öz məqsədləri üçün istifadə edir”. Almaniyada həftəlik dərc olunan nüfuzlu “Spiegel” jurnalının yazdığına görə, bu ifadələr Almaniya Solçular Partiyası sədrinin müavinləri Sara Vaqenknext və Ditmar Bartşın hazırladıqları bəyanatda yer alıb. Rusiyanın “RİA-Novosti” agentliyi alman nəşrinə istinadən xəbər verir ki, sözügedən sənəd bazar ertəsi (7 sentyabr) Bundestaqda solçular fraksiyasının iclasında yayılıb. Müəlliflərin fikrincə, bəzi ölkələr - Almaniyanın müttəfiqləri dolayısı ilə də olsa, “cinayətkar qruplaşmalar”ı, o cümlədən “İŞİD”i dəstəkləməkdədirlər, onlara sərbəst şəkildə həm maddi, həm də silah yardımı edirlər.
“Bu bölgəyə silah-sursat ixracı artıb və hələ də artmaqda davam edir. Bununla yanaşı, təzyiqlər üzündən sözügedən ölkələrdə azad ticarət zonalarının, lazımi iqtisadi infrastrukturların yaradılması çətinləşib. Bu məsuliyyətsiz siyasət dərhal dayandırılmalıdır”, - deyə bəyanatda bildirilir.
“Heç şübhə yoxdur ki, yüz minlərlə qaçqının Almaniyaya gəlməsi həm dövlətimiz üçün, həm də cəmiyyət üçün bir təhdiddir”, - deyən parlamentdəki müxalifət fraksiyasının liderləri, bununla belə, hökuməti miqrantlara münasibətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günahlandırıblar. Onlar miqrantlar məsələsində bütün məsuliyyəti federal torpaqlar və bələdiyyələrin üzərinə atdığı üçün hökuməti kəskin tənqid ediblər. Müxalifət təmsilçilərinin fikrincə, ayrı-ayrı şəhərlər və bələdiyyə torpaqlarının qaçqınlar ordusu ilə yüklənməsi həmin bölgələrdə rasist əhval-ruhiyyəsinin baş qaldırmasına səbəb ola, qaçqınların məskunlaşdıqları müvəqqəti yataqxana və çadır şəhərcikləri isə hər an təhlükə ilə üzləşə bilər. Bu eyni zamanda, yerli əhalinin də dinc yaşayışına mənfi təsir göstərə bilər. “Görünən odur ki, federal hökumət bu vəzifənin öhdəsindən gəlməkdə acizdir. Yaxşı ki, tanınmış siyasətçilərin vaxtında müdaxiləsi sayəsində qaçqınlarla bağlı yarana biləcək böyük iğtişaş və fəlakətlərin qarşısı alındı”, - deyə müxalifət liderləri bəyan ediblər.
Sənəddə, həmçinin qeyd olunur ki, parlament tərəfindən qaçqınların statusu ilə bağlı təcili, özü də çox ədalətli qərarların qəbul edilməsinin vaxtı çatıb: “Miqrant məsələsinə dair ölkə qanunlarının sərtləşdirilməsi yolverilməzdir. Avropanı alınmaz qalaya çevirməyə heç bir lüzum yoxdur”.
Müxalifət düşərgəsinin təmsilçiləri, həmçinin öz bəyanatlarında Avropadakı miqrant böhranının aradan qaldırılması üçün Almaniya rəhbərliyini bundan sonra NATO-nun hərbi əməliyyatlarında iştirakdan imtina etməyə çağırıblar. Onlar, eyni zamanda, hökumətdən ABŞ-ın gələcəkdə hərbi əməliyyatlar aparmaq məqsədilə alman torpaqlarında hərbi bazalar və hava limanları yaratmasına imkan verməməyi tələb ediblər.
Bundan əlavə, Almaniya Solçular Partiyası sədrinin müavini Sara Vaqenknext ölkə ərazisində yerləşdirdikləri hər miqranta görə ABŞ-dan kompensasiya istənilməsini ölkə parlamentindən tələb edib. “Əgər federal hökumətin zərrə qədər də vicdanı olsaydı, cəsarəti çatsaydı, miqrantların faciəsinə görə xərclərin heç olmasa yarısını ABŞ-dan tələb edərdi. Çünki Avropadakı bugünkü miqrant ordusunun əsl səbəbkarı məhz onlardır”, - deyə müxalifət lideri vurğulayıb.
Avropa İttifaqı niyə göz yumur?
Amma görünən odur ki, Merkel hökuməti heç də müxalifətin çağırışlarına qulaq asmaq fikrində deyil. Əksinə, Almaniya miqrantlara qarşı qeyri-insani davranış ortaya qoyur. Analitiklərin fikrincə, Angela Merkelin rəhbərliyi ilə Almaniya artıq insanlıqdan uzaqlaşan bir idarəçiliyə keçib. Belə ki, irqçiliyi dəstəkləyən Xristian Demokratlar Partiyasının hakimiyyətdə olduğu bu ölkə Suriyadan gələn qaçqınlara ölkədə qalmaq hüququ verib, amma hiddət doğuracaq bir şərtlə! “Haber7.com” saytının yazdığına görə, ictimaiyyətə yenicə bəlli olan bu şərt məhz Angela Merkeldən gəlib. Kanslerin gizli əmri ilə Suriyadan gələn müsəlmanlardan dərhal xristianlığı qəbul etmələri tələb edilir. Əks təqdirdə onlar ölkədən qovulacaqları ilə təhdid olnublar. İslamofobiyanın mərkəzi sayılan Almaniyanın belə bir addım atması, suriyalı qaçqınların üz tutduqları digər ölkə - Macarıstanı da cəsarətləndirib. Yayılan xəbərlərdə macar rəhbərliyinin də suriyalılar qarşısında eyni tələblə çıxış etdiyi bildirilir.
Maraqlıdır, bəs, görəsən, proqram və nizamnamələrində “insan hüquq və azadlıqlarının qorunması” qırmızı xətlə keçən Avropa İttifaqı rəsmiləri bu duruma nədən göz yumurlar?
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

