Şimali Koreya beynəlxalq aləmə meydan oxuyur
15.04.2009 [16:54]
Lakin bu ölkələrin və beynəlxalq ictimaiyyətin ciddi etirazlarına baxmayaraq, Şimali Koreya kosmik fəzaya süni peyk çıxarılmasını müvəffəqiyyətlə həyata keçirdi. Ekspertlərin fikrincə, Şimali Koreya bu proseslə bağlı ilk növbədə uzaqmənzilli ballistik raketi sınaqdan çıxarmaq niyyətində olub. Əslində, rəsmi Pxenyan tərəfindən həyata keçirilən bu sınaq əməliyyatı hələ 2006-cı ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın raket-nüvə proqramı ilə əlaqədar qəbul etdiyi qətnaməyə zidd idi. Xarici siyasi müşahidəçilər Şimali Koreya rejiminin belə davranışını bir növ “beynəlxalq aləmə meydan oxumaq” kimi dəyərləndirirlər. Rəsmi Pxenyan bu son addımı atmaqla beynəlxalq təşkilat və siyasi dairələrin vasitəçiliyi, dəstəyi ilə son illər aparılan danışıqlar nəticəsində az-çox əldə edilmiş diplomatik uğurların da üstündən xətt çəkib. Eyni zamanda, Şimali Koreya və Cənubi Koreya arasında münasibətlərin normallaşması ilə bağlı əldə olunmuş müsbət nəticələr də alt-üst olub və yarımadada hərbi-siyasi vəziyyət mürəkkəb xarakter alıb. Əslində, bu iki qonşu dövlət arasında müharibə vəziyyəti hələ 1953-cü ildən bəri davam etməkdədir.
Qeyd edək ki, artıq xeyli müddətdir Şimali Koreyanın nüvə proqramı və bu ölkə tərəfindən beynəlxalq terrorçuluğun dəstəklənməsi barədə ortada olan faktlar beynəlxalq birlik üçün ən aktual problemlərdən biri olaraq qalır. Siyasi müşahidəçilərin fikrincə, Şimali Koreya rejiminin belə qeyri-konstruktiv xarici siyasət kursu regionu, bütövlükdə beynəlxalq aləmi yaxın gələcəkdə daha ciddi təhlükələrlə üzləşdirə bilər. ABŞ başda olmaqla, bir çox ölkələrin liderləri Şimali Koreyanın belə təxribat xarakterli siyasətini kəskin şəkildə pisləyiblər. Qərb dövlətləri BMT TŞ-nın məlum qətnaməsini pozduğuna görə, Şimali Koreyaya qarşı daha sərt qadağaların tətbiq edilməsi məqsədilə bu qurumun müzakirəsinə yeni qətnamə layihəsini təqdim ediblər. Lakin Şimali Koreyanın “əski müttəfiqləri” sayılan Rusiya və çin bu layihənin əleyhinə olduqları üçün həmin qətnamə qurum tərəfindən qəbul edilməyib.
Beləliklə, rəsmi Pxenyan Moskva və Pekinin faktiki dəstəyi sayəsində TŞ-nın növbəti qadağaları ilə üzləşməkdən qurtula bilib. Bəzi ekspertlərin rəyinə görə, Rusiya və çinin Şimali Koreyaya qarşı belə yumşaq mövqe tutması, gələcəkdə rəsmi Pxenyanı özünün raket-nüvə ambisiyaları ilə bağlı daha sərt addımlar atmağa sövq edə bilər. Eyni zamanda, Pxenyana qarşı belə loyal siyasi münasibət, Şimali Koreyada 60 ildən çox davam etməkdə olan totalitar kommunist rejiminin daha da sərtləşməsi və ömrünün uzanması üçün şərait yaradır. Düzdür, BMT TŞ- ı özünün aprelin 11-də keçirilmiş növbəti toplantısında kosmosa süni peyk çıxarmaq adı altında ballistik raketin sınağının keçirilməsi ilə bağlı Şimali Koreyanın bu addımını pisləyən növbəti qətnamə qəbul edib. Ancaq icbari xarakter daşımayan bu qətnaməyə də rəsmi Pxenyanın əvvəlki kimi etinasız və biganə münasibət göstərəcəyi ehtimalını istisna etmək olmaz. Digər tərəfdən, rəsmi Pxenyan beynəlxalq birliyi “altılıq dövlətləri çərçivəsi” üzrə aparılan danışıqlardan çıxacağı ilə hədələyir.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

