Ermənistan borc içində çabalayır
04.03.2016 [11:13]
Xaricdən sədəqə dilənməyə adət etmiş erməni deputatlar artıq kredit müqavilələrinə gözüyumulu səs verirlər
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyətinin aclıq və səfalət içində yaşadığı Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması işğalçı ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Sarkisyan hakimiyyəti vəziyyətin sosial partlayış həddinə çatmaması üçün ümidlərini xaricdən Ermənistana edilən yardımlara dikib. Odur ki, deputatlar da kredit müqavilələrinə gözüyumulu səs verməyə başlayıblar.
Bu baxımdan Ermənistan parlamentinin martın 3-də keçirilən iclasında “rekord” nəticə qeydə alınıb. Ermənistan Milli Konqresi parlament fraksiyası rəhbəri Aram Manukyan “news.am” saytına müsahibəsində iqtidaryönlü deputatları kəskin tənqid edib. “Parlamentin bugünkü iclası lap tarixə düşəcək. Deputatlar cəmi bir neçə saat ərzində 90 qanun layihəsini təsdiq etdilər. Onlardan 14-ü kredit müqavilələri idi. Bunlar ölkə üçün çox ciddi sənədlər olsa da, deputatlar sanki gözüyumulu səs verirdilər”, - deyə sabiq prezident Levon Ter-Petrosyanın tərəfdarı vurğulayıb. Onun sözlərinə görə, Serj Sarkisyan rejiminin ölkəni borc bataqlığına sürükləməsi əksər deputatların heç veclərinə belə deyil. “Bu parlament deyil, dəhşətdir. Təsəvvür edin ki, indiyədək keçirilən parlamentin iclaslarında hakim Respublika partiyasından olan deputatların 73 faizi, eləcə də onların müttəfiqləri olan “Çiçəklənən Ermənistan”dan olan deputatların 70 faizi qanun layihələrinin müzakirəsi zamanı bir kəlmə belə söz söyləməyiblər. Onların işi sadəcə “hə” düyməsini basmaqdan ibarət olub. Belə parlament olmaz. O yerdə ki böyük əksəriyyət istənilən məsələyə dair “hə” düyməsini basır - buna parlament demək olmaz”, - deyə Aram Manukyan bildirib.
Həmkarlarının hərəkətlərinə hiddətini gizlədə bilməyən deputat daha sonra əgər vəziyyət belə davam edərsə, Ermənistanın xarici borclardan çətin yaxa qurtara biləcəyini deyib. “Təsəvvür edin ki, bu gün Ermənistan borc içində çabalayır. Hakimiyyət ümidlərini Avrasiya İqtisadi İttifaqına (Aİİ) bağlamışdı ki, o da boş çıxdı. Rəsmi statistik məlumatlara görə, Aİİ-yə daxil olduqdan sonra Ermənistanda ÜDM 2014-cü ildəki 11,6 milyard ABŞ dollarından 10,6 milyardadək aşağı enib. Bundan əlavə, ölkənin xarici ticarət dövriyyəsində də geriləmə qeydə alınıb - idxal 20 faiz, ixrac isə 5 faiz azalıb. Hətta Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə olan ticarət dövriyyəsinin həcmi də 15 faiz aşağı düşüb. Bunun qarşılığında isə Ermənistanın xarici borcu xeyli yüksəlib. Əgər 2014-cü ilin yanvarında Ermənistanın xarici borclarının həcmi 4,4 milyard dollar təşkil edirdisə, 2016-cı ilin əvvəlində bu rəqəm 12 faiz artaraq 5 milyard ABŞ dolları həddini belə aşıb. Yeni ilin başlamasından cəmi iki ay ötməsinə baxmayaraq ölkənin xarici borclarının üzərinə Rusiya və Dünya Bankından alınmış yeni yüz milyon dollarlıq kreditlər əlavə olunub. Nə hazırkı iqtidarı, nə də ki, onun “deputatları”nı bu borcların taleyi heç narahat etmir”, - deyə Aram Manukyan vurğulayıb.
Xatırladaq ki, xarici borcları 5 milyard dolları aşan Ermənistan rəhbərliyi fevral ayında Dünya Bankı ilə 14 milyard dram həcmində yeni kredit müqaviləsi imzalayıb. 30 il müddətinə veriləcək bu kredit vətəndaşların elektrik enerjisi haqlarının ödənilməməsi səbəbindən enerji istehsal edən müəssisələrə olan borcun ödənilməsinə yönəldiləcək.
Saytın yazdığına görə, hazırda erməni iqtisadçı-ekspertləri narahat edən başqa bir məsələdir. Yerli analitiklərin fikrincə, Dünya Bankının bundan əvvəl iki tranşda ayırdığı vəsaitlər hakimiyyəti zəbt etmiş korrupsioner rejim tərəfindən necə havaya sovrulmuşdusa, növbəti kreditin də aqibəti eyni olacaq. Vəsaitlərin böyük hissəsi yenə də hakimiyyətdə təmsil olunan ayrı-ayrı oliqarxların cibinə axacaq. Nəticədə xarici borclar dövlətin və xalqın “belinə yüklənəcək”. Ekspertlərin fikrincə, hadisələrin bu ssenari üzrə davam etməsi xalqın Serj Sarkisyan rejiminə qarşı nifrətini daha da artırmaqla yanaşı, yeni etiraz mitinqlərinə başlamasını da şərtləndirir. Odur ki, qarşıdakı aylarda ölkəni hakimiyyətə qarşı yeni etiraz dalğasının bürüyəcəyi heç də istisna edilmir. Bu proqnozların özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

