Avropa KİV-i Ermənistan hakimiyyətini ifşa edir
30.03.2016 [11:09]
Xarici mətbuat işğalçı dövlətdə demokratiya və insan haqlarının kobud surətdə pozulduğunu yazır
Məlum olduğu kimi, Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir. Bu ölkənin məhz belə bir acınacaqlı duruma düşməsi, ilk növbədə, onun işğalçılıq siyasəti ilə bağlıdır. Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi dividend gətirməyib, üstəlik, vəziyyətini daha da ağırlaşdırıb. Hazırda işğalçı ölkənin iqtisadiyyatı tənəzzül vəziyyətindədir. İqtisadi tənəzzül isə əhalinin sosial durumunun ağırlaşmasında birbaşa rol oynayır. Son zamanlar bu ölkədə etiraz aksiyalarının davamlı xarakter alması da hakimiyyətlə xalq arasında uçurumu dərinləşdirir. Ümumiyyətlə, Ermənistanda demokratik prinsiplərin və insan haqlarının kobud şəkildə pozulması adi hal alıb.
Bu reallığı bəzi xarici KİV-lər də bildirirlər. Belə ki, İtaliyanın “L’Opinione” qəzetinin saytında Ermənistandakı kriminal hərbi diktatura rejiminin ifşa olunduğu məqalə yayılıb. “Ermənistan və sülh fəalı George Vanyanın həyatına təhlükə” sərlövhəli məqalədə qeyd edilir ki, Ermənistan Avropa dəyərlərini bölüşmək əvəzinə, ölkədəki təhdid və təzyiq faktlarını gizlətməyə çalışır. Ermənistanda fundamental demokratik prinsiplərin, insan haqlarının müdafiəsi və ifadə azadlığı kimi dəyərlərin kobudcasına pozulduğunu erməni fəal G.Vanyanın fəaliyyəti kontekstində təhlil edən italiyalı jurnalist bu ölkədə aqressiv və dözümsüz mühitin mövcudluğunu vurğulayır.
Yazıda Qafqazda Sülh Təşəbbüsü Mərkəzinin fəaliyyətinə toxunulur. Diqqətə çatdırılır ki, qurumun prezidenti G.Vanyan son zamanlar Qərb mediasının diqqət mərkəzindədir. Onun fəaliyyəti Ermənistan hökumətinin dəstəklədiyi ifrat milliyyətçi qruplaşmalar tərəfindən heç də müsbət qarşılanmayıb. Hətta həmin qruplaşmalar onu ölümlə hədələyirlər. Təqib və təhdidlərdən xilas olmaq üçün o, Almaniyanın Siyasi Motivlərə görə Təqib Olunan Şəxslərə Dəstək Fondunun bir illik siyasi sığınacaq təklifini qəbul edib. G.Vanyan 2012-ci ildə İngiltərə, ABŞ, Almaniya təşkilatlarının dəstəyi ilə keçirilməsi nəzərdə tutulan sülh festivalının əsas təşkilatçılarından biri idi. Lakin erməni milliyyətçilərinin təhdid və əks-təbliğatı nəticəsində tədbir təxirə salınıb.
Müəllif yazır ki, 2007-ci ildə G.Vanyanın rəhbərlik etdiyi təşkilat Yerevandakı məktəblərdən birində “Azərbaycan günləri” adlı mədəni tədbirin keçirilməsini planlaşdırırdı. İndiyədək Ermənistanda analoqu olmayan belə bir tədbirin keçirilməsinə Azərbaycana qarşı nifrət siyasəti həyata keçirən Ermənistanın milliyyətçi dairələri əngəl törədiblər. Uzun müddət ölüm təhdidlərinə məruz qalan G.Vanyanın sülhpərvər fikirlərini pisləyən Ermənistan mətbuatı onun fəaliyyətinə “xəyanətkar” damğası vurub. G.Vanyanın Azərbaycan mətbu orqanlarına verdiyi müsahibələr təxribat fəaliyyəti kimi qiymətləndirilib.
Yazıda qeyd olunur ki, G.Vanyanın Xocalı soyqırımına dair mövqeyi erməni tərəfinin böyük narazılığına səbəb olub. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək 600-dən çox mülki şəxsi qətlə yetirməsi və Xocalıda törədilmiş digər dəhşətlərlə bağlı həqiqətləri söylədiyi üçün ermənilərin G.Vanyana qarşı dözülməz münasibəti daha da kəskinləşib. Xocalı soyqırımını insanlıq əleyhinə cinayət kimi qiymətləndirən G.Vanyan bir gün cinayətkarların qanun qarşısında cavab verməli olacaqlarına ümid bəslədiyini bildirib. O deyib: “Ermənistanda Xocalı haqqında danışmaq qəti qadağandır. Lakin ictimaiyyətə açıq müzakirələr aparmaq imkanı verilməlidir. Seminarlar təşkil etmək əvəzinə, sadə vətəndaşların toplaşdığı məkanlarda müzakirələr aparmaq daha səmərəli nəticələr verə bilər. Lakin təəssüflər olsun ki, Ermənistanın rəsmi dairələri bu cür təşəbbüslərə isti yanaşmır”.
Məqalədə qeyd olunur ki, ötən ilin martında Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujniyeks Ermənistanda insan haqlarına dair hesabatında maraqlı məqamlara toxunaraq deyib: “Ermənistanda prokurorluq orqanlarının qərəzlilik və bütün sistemə dominantlıq etmək kimi problemi var. Bu ölkənin məhkəmə sistemində ədalətli yanaşma kontekstində müdafiə hüququnun gücləndirilməsinə ehtiyac var. Bəraət hallarının statistikası Ermənistanda təqribən 3 faizdir ki, bu da çox aşağı göstəricidir. Prokuror və hakimlər arasında sıx əlaqələr var və çox vaxt prokuror hakim rolunu ifa edir. Ümumiyyətlə, bu ölkənin ədalət sistemində müdafiənin yeri çox zəifdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

