Ermənistan əhalisi üsyan etməyə hazırlaşır
19.01.2018 [10:08]
Bu gün İrəvanda Sarkisyan rejiminə qarşı ümumxalq aksiyası keçiriləcək
İşğalçı Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün əhali arasında narazılıqları daha da artırır. Hökumət isə mövcud problemləri aradan qaldırmaq iqtidarında deyil. Çünki işğalçı ölkənin buna maddi gücü yoxdur. Artıq insanlar hakimiyyətə qarşı açıq etirazlara başlayıblar. Belə ki, yanvarın 16-da paytaxt İrəvanda marşrut sürücüləri tətil elan edərək nəqliyyatın hərəkətini iflic ediblər. Bu gün isə Ermənistan paytaxtında yürüş keçiriləcək. Parlamentdə xalqı küçələrə çağıranlar da olub. Hətta işğalçı ölkədə üsyanın yetişdiyi deyilir. Bu səbəbdən də yanvarın 19-da İrəvanda Sarkisyan rejiminə qarşı ümumxalq itaətsizliyi yürüşü planlaşdırılır. Belə ki, etiraz aksiyasını təyin eləmiş “Yelk” bloku parlamentdə insanları bahalaşma əleyhinə küçələrə çıxmağa və hakimiyyəti Vergi Məcəlləsinə dəyişikliklərə məcbur etməyə çağırıb.
“Yelk” partiyasının rəhbəri, deputat Nikol Paşinyan parlamentin iclasında bildirib ki, əhali ayağa qalxsa, heç bir qüvvə bunun qarşısını ala bilməyəcək. Ölkədə sosial-iqtisadi vəziyyət ölduqca ağırdır. Bu da vətəndaşların səbir kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arsuzundadır. Paşinyan əlavə edib ki, illər keçir, ölkədə isə heç nə dəyişmir.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov isə hesab edir ki, Ermənistandakı narazılıqlar Serj Sarkisyan hökumətinə münasibətin göstəricisidir. Artıq ölkədə qanlı mart hadisələrinin təkrarlanmasına zəmin yaranıb: “Ermənistanda iqtisadi vəziyyət yaxşı deyil. Bu da aksiya keçirənlərin əsas narazı olduğu məqamlardandır. Gözlənilən etirazlar çevrilişlə də bitə bilər. Ona görə də hakimiyyət silahlı qüvvələri insanların qarşısına çıxaracaq”.
Politoloq Oleq Kusbnetsov da qeyd edib ki, narazılıqların kökündə indiki siyasi rejimə qarşı yönələn aqressiya dayanır: “Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Ölkə siyasi rejim dəyişsə belə, problemləri həll etmək iqtidarında deyil. Çünki hakimiyyətdə bir millətçi qrup digərini əvəz edəcək. Belə olan halda isə yaxşıya doğru heç nə gözləməyə dəyməz”.
Yeri gəlmişkən, Ermənistan mətbuatı hərbi siyasi repressiyaların güclənəcəyini yazır. Bu isə işğalçı ölkədə ilk hal deyil. Ermənistan hakimiyyəti narazı vətəndaşlarını silah gücünə susdurmağa artıq adət edib.
Əhalinin ciddi narazılığını nəzərə alaraq Ermənistan parlamentinin spikeri Ara Babloyan yanvarın 23-də hakim Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi parlamentdə bahalaşma ilə bağlı dinləmələr keçiriləcəyini bəyan edib. Ancaq yerli siyasi müşahidəçilər bunun da bir görüntü xarakteri daşıyacağı və vəziyyəti dəyişməyəcəyi qənaətindədirlər.
“10 gün sonra Ermənistanda üsyan olacaq”. Bu sözləri erməni politoloq Levon Şirinyan Laragir.am nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanın hazırkı dövlət başçısı prezident kürsüsündən baş nazirliyə keçməklə öz hakimiyyətini saxlamağa çalışır. Ölkədəki gərginlik fonunda baş verəcək mümkün sosial-siyasi kataklizmlərə toxunan politoloq deyib: “Biz hazırda elə vəziyyətdəyik ki, kataklizmlər istənilən an və ən gözlənilməz formada baş verə bilər... İnsanlar hələ ki bahalığı hiss eləmirlər, çünki yeni il ehtiyatları hələ tükənməyib. Hakimiyyət də müzakirələrə məhz indi boşuna başlamayıb. Təxminən 10 gün sonra əhali hər şeyi öz üzərində hiss edəcək və onda üsyan ola bilər. Əgər “Yelk” bloku (parlamentdəki müxalif fraksiya - red.) aksiyaları təşkil edə bilsə, o zaman etirazlar böyüyən xətlə gedəcək”.
“Bizim ölkəmiz institusional şəkildə inkişaf eləmir, onu oliqarxlar, psevdo-ziyalılar, mümkündür ki, hərbi rəhbərlik idarə edir. Ermənistanda istənilən hərəkat çox sürətlə siyasi hərəkata çevrilə bilər”, - deyə o əlavə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

