Hibrid hökumətin yarıtmaz rəhbəri...
26.07.2018 [10:33]
Yaxud Paşinyan seçkilərə qədər özünə rəqib hesab etdiyi siyasi qüvvələri sıradan çıxarmaq istəyir
Son günlər Ermənistanda baş verən hadisələr işğalçı ölkədəki gərginliyin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Belə ki, bəzi məlumatlara görə, 2008-ci ilin mart hadisələri ilə bağlı istintaqın ətrafında cərəyan edən son proseslər yeni baş nazir Nikol Paşinyanın keçmiş rejim təmsilçilərindən qisas almaq niyyətini açıq şəkildə ortaya qoyur. Məlumat üçün bildirək ki, indiki baş nazir N.Paşinyanın da həbs olunduğu 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaqın davam etdiyi bir vaxtda sabiq baş nazir Serj Sarkisyanın Avropaya qaçması Ermənistanda böyük ajiotaja səbəb olub. Buna qədər isə həmin istintaqda adı keçən, hətta həbs edilməsi gündəmə gələn keçmiş müdafiə naziri Mikael Harutyunyanın və ifadəyə çağırılan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın da xaricə qaçması barədə məlumatlar yayılmışdı.
Erməni mətbuatının yazdığına görə, baş nazir N.Paşinyan 1 mart hadisələri ilə bağlı istintaq prosesinin sürətləndirilməsini istəyir. Bununla bağlı yayılan məlumatlarda deyilir ki, N.Paşinyanın prosesin sürətləndirilməsində maraqlı olması bir tərəfdən onun qisasçılıq niyyətindən, digər tərəfdən isə, keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə qədər özünə rəqib hesab etdiyi siyasi qüvvələri sıradan çıxarmaq istəyindən irəli gəlir. Bu qənaətin formalaşması isə heç də təsadüfi deyil. Belə ki, bəzi Rusiya və erməni saytlarının yaydığı xəbərə görə, 1 mart iğtişaşları zamanı baş qərargah rəisi vəzifəsində işləyən Seyran Ohanyanın da həmin iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsi istisna olunmur. Ehtimallara görə S.Ohanyanın da bu prosesə cəlb olunması onun istefa verdikdən sonra siyasi fəaliyyətə qatılması, hətta bloklara qoşularaq parlament seçkilərində iştirak etməsi ilə bağlıdır. Yəni indiki hakimiyyət onun gələcəkdə də siyasi iddialarla çıxış edə biləcəyindən narahatdır.
Bu arada tamamilə başqa səbəbə görə həbs olunan Dövlət mühafizə xidmətinin sabiq birinci müavini, S.Sarkisyanın mühafizə rəisi Vaçaqan Kazaryan 1 milyard dram (təxminən 2,1 milyon ABŞ dolları) həcmində girov verərək azadlığa çıxıb. Bu məqam isə ekspertlərin diqqətindən yayınmayıb. Qeyd olunur ki, qanunsuz yolla varlanma iddiası ilə istintaqa cəlb olunan şəxsin iqtisadi böhran yaşayan bir ölkə üçün böyük məbləğ hesab edilən külli miqdarda pul ödəyib azadlığa çıxmasının özü N.Paşinyanın rəhbərlik etdiyi komandanın yürütdüyü siyasətin hansı “keyfiyyətdə” olmasından xəbər verir.
İstər bu məqamlara, istərsədə işğalçı ölkədəki hakim komanda daxilində mövcud olan gərginliyə toxunan “İrates” qəzeti isə yazır ki, N.Paşinyanın yalnız küçədə və mitinqlərdə mübarizə aparan “ixtisaslaşmış” şəxslərdən formalaşmaqda olan komandasında yekdillik olmaması Ermənistanın gələcək taleyi ilə bağlı müəyyən suallar yaradır. Qəzet yazır ki, hələ formalaşmamış hakimiyyət piramidasında artıq “çatlar” əmələ gəlib, problemlər isə təkcə daxili yox, xarici siyasətdə də fikir ayrılığının olmasından qaynaqlanır: “Məsələ ondadır ki, Rusiya üçün Ermənistanın yeni hakimiyyəti müəmmalı hibriddir və baş nazirin son mətbuat konfransında səsləndirdiyi fikirlər kontekstində yaxın gələcəkdə Moskva-Yerevan münasibətləri “anlaşılmazlıq divarı” ilə qarşı-qarşıya qala bilər”.
Qəzetin yazdığına görə, Ermənistan xüsusi olaraq beynəlxalq arenada çətinliklərlə üzləşib və olduqca “maraqlı” olan ssenariyə hazır deyil. Bu kontekstdə yeni hakimiyyətin, xüsusilə N.Paşinyanın ritorikası da şübhə doğurur. Çox güman ki, N.Paşinyan bu dəhşətli, həm də dolaşıq mühitdə daxili və xarici problemlər qarşısında tamamilə tək “oynamaq” qərarına gəlib. Ən acınacaqlısı isə odur ki, N.Paşinyanın rəhbərlik etdiyi “razılıq hökuməti”nin üzvləri daxil olmaqla, bütün siyasi qüvvələrlə problemləri mövcuddur. Qəzetin yazdığına görə, onun komandasında daxili mübarizəyə qoşulan qrupların birinin başında Daniel İohannisyan dayanır. Bu azmış kimi, N.Paşinyanın mətbuatla da problemləri var, əksər media onu tənqid etməklə məşğuldur. Buna səbəb odur ki, bu yaxınlarda KİV rəhbərlərinin ona ünvanlanmış bəyanatını keçmiş jurnalist N.Paşinyan cavabsız qoymuşdu.
Beləliklə, daxildə gərginliyin yeni mərhələyə qədəm qoyduğu, mütləq nəzarətin itirildiyi Ermənistanda N.Paşinyanın həbs dalğası ilə müşayiət olunan siyasəti, həm hakim komandanın, həm də ümumilikdə işğalçı ölkənin gələcək taleyinin sual altında olduğuna işarə edir. Yəni təyin etdiyi nazirin bir, özünün isə başqa bəyanatla çıxış etdiyi hibrid hökumətin yarıtmaz rəhbərinin fəaliyyəti işğalçı dövlət üçün yaxşı heç nə vəd etmir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 15:08
YAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01

